Slimfit
  1. CƏMİYYƏT

Qorxu ilə inamsızlıq arasında maskalanmaq

Qorxu ilə inamsızlıq arasında maskalanmaq
Sakura

Qorxu ilə inamsızlıq arasında maskalanmaq

Cəmiyyətdə tibbi maskadan istifadəyə birmənalı yanaşma aradan qalxır, mütəxəssislər isə bunun təhlükəli olduğunu bildirirlər

 

Karantin rejiminin yumşaldılması ilə paralel artan yoluxma halları insanlarda virusa qarşı inamsızlıq yaradır. Bunun quru statistikadan başqa bir şey olmadığı qənaətində olanlar da var. İyun ayının 1-dən bir çox iş yerlərinin açılması, restoranlarda iş saatının artırılması, iri ticarət obyektlərinin öz fəaliyyətini bərpa etməsi daha çox insanın evdən çölə çıxmasına imkan verir. Belə təəssürat yaranır ki, “evdəqal” günləri yaxın zamanda tamamilə sona çatacaq.

 

Lakin hər gün açıqlanan statistika bunun əksini deyir. İndi insanları virusun varlığına inandırmaq daha çətin olub. Sosial məsafəni qorumaq, şəxsi gigiyena qaydalarına riayət etmək qədər maska taxmağın da vacibliyi vurğulanır. Artıq demək olar ki, əksər məkanlarda maska taxmaq məcburidir və taxmayanlar cərimələnəcək. Elə bu gün Milli Məclis tibbi maskadan istifadə olunmamasına dair cərimələri təsdiqləyib.

 

Müşahidələr isə onu deməyə əsas verir ki, cəmiyyət tibbi maska istifadəsinə birmənalı yanaşmar. İnsanlar arasında “maska satmaq üçün qurulmuş oyundur”, “maska əksinə immuniteti zəiflədir” və s. qəbildən fikirlər səslənir. Bir tərəfdən də hava isindikcə maskadan istifadə çətinləşir. Boğanaq havada maskanı taxa bilməyənlər, cərimənin qorxusundan onu boğazında, əlində gəzdirir.

Ens.az xəbər verir ki, Azərbaycanın baş infeksionisti Cəlal İsayev AYNA-ya deyib ki, sıxlıq olan yerlərdə maska taxmaq vacibdir. “Toplu yerlərdə maska taxanlarla müqayisədə taxmayanların yoluxma ehtimalı daha yüksəkdir. Sosial təcrid, məsafənin gözlənməsi, maska taxılması bu virusdan qorunmağın əsas yollarıdır. Həm özümüzü, həm də yaxınlarımızı qorumaq üçün bu şərtlərə əməl etməliyik. Bu barədə hər gün kütləvi informasiya vasitələrindən çağırışlar edir, insanları daha diqqətli olmağa çağırırıq. Amma görünən odur ki, hələ də ciddiyə almayanlar var”.

 

Hüquq müdafiəçisi Sahib Məmmədov da sosial media hesabından etdiyi paylaşımda maskanı düzgün istifadə etməyənlərlə bağlı məsələyə toxunub: “Tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması” dedikdə maskanın çənədə gəzdirilməsi də nəzərdə tutulmalıdır. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən tələblər müəyyən edilibmi? Edilibsə, harda var? Bayaq bir bankın yanından keçirdim. İçəri tam görünürdü. Bütün işçilər sadə tibbi maskanı çənələrinə taxmışdılar, İnzibati Xətalar Məcəlləsinə edilən əlavəyə görə, bu halda həm onlar, həm də banka rəhbərlik edən vəzifəli şəxslər cərimə olunmalıdır. Amma bunun üçün qaydalar olmalıdır. Bəlkə də var. Mən, sadəcə görməmişəm. Hər halda varsa, geniş yayılmalıdır”.

Qeyd edək ki, aşağıdakı məkanlarda tibbi maskadan istifadə edilməməsinə görə, fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər 200 manat məbləğində cərimə olunacaqlar:

 

1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.);

 

1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla);

 

1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə;

 

1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində;

 

1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində;

 

1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə;

 

1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə;

 

1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda.

 

2. Tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir.

 

3. Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR