Slimfit
  1. AVTO VƏ MOTO

QORKİ AVTOMOBİL ZAVODU

QORKİ AVTOMOBİL ZAVODU
Sakura

QORKİ AVTOMOBİL ZAVODU HAQQINDA

Qorki avtomobil zavodu (qısaldılmış QAZ) - sovet və rus avtomobiltikinti müəssisəsidir, minik, yüngül yük maşınlarının, mikroavtobus və hərbi texnika istehsalçısıdır.

Zavod 1932-ci ildə V.M.Molotov adına Nijniy Novqorod Avtomobil Zavodu kimi yaradılıb. Nijni Novqorodda (1932-1990-cı illərdə - Qorki) yerləşir. 2005-ci ilədək birləşdirilmiş "QAZ" ASC kimi fəaliyyət göstərmiş, yenidənqurma işləri zamanı minik və yük avtomobilləri yığım istehsalı ayrı bir törəmə cəmiyyətinə - "QAZ" avtomobil zavodu MMC-nə ayrılmışdır. 2009-cu ilin avqust ayında, ixtisarlardan sonra QAZ ASC-də (indi müəssisənin avtomobil komponentinin istehsalını birləşdirir) və "QAZ" Avtomobil zavodu MMC-də 27 min nəfər işləyirdi, 2013-cü ilədək kadrların sayı 25 min nəfərədək azaldı.

2005-ci ildən etibarən Qorki Avtomobil Zavodu Rusiyanın ən böyük avtomobiltikinti holdinqlərindən biri olan "QAZ Qruppa"ya daxil olur. Şirkət "QAZ Qrup"un iki bölməsini birləşdirir - "yüngül ticarət və minik avtomobilləri" və "Avtokomponentlər". "Yüngül ticarət və minik avtomobilləri" bölməsinə QAZın nəqliyyat vasitələrinin istehsalı, "Avtokomponentlər" bölməsinə zavodun yığım istehsalı (metallurqiya, dəmirçilik, alət və press-çərçivə istehsalı; armatur, təkər və sükan idarəçiliyi istehsalı; avtomobil aqreqatları zavodu, ştamplar və qəliblər zavodu) daxildir.

TARİXİ

4 mart 1929-cu il SSRİ Xalq Təsərrüfatının Ali Məclisinin 498 saylı əmri çıxır, hansı ki, hökumətin qəbul etdiyi qərarda deyilir ki, illik məhsuldarlığı 100 min maşın istehsal edəcək müasir avtomobil zavodu inşa olunsun.

Həmin il aprel ayının 6-da gələcək avtomobil zavodunun tikintisi hansı bölgədə tikiləcəyi barədə seçim qərarı təsdiqləndi. Həmin bölgə Nijniy Novqorod yaxınlığında yerləşən Monastırka kəndi oldu.

Bu seçim təsadüfi deyildi. Artıq həmin vaxt, sosialist sənayeləşdirilmənin lap əvvəlində Nijni Novqorod vilayəti, ölkənin ən iri sənaye bölgələrindən biri idi. Nijniy Novqorod şəhərində və onun ətrafında maşınqayırma və metal emal edən zavodlar yerləşirdi: "Qızıl Etna", "Metallist", "Mühərrik inqilabı", "Qızıl Sormovo", V.İ.Ulyanov adına gəmi təmiri zavodu, Vorobyov adına zavod və s. Ona görə də Nijniy Novqorod kifayət qədər ixtisaslı işçi qüvvəsinə malik idi.

Nəzərdə tutulan planların həyata keçirilməsi üçün "Avtostroy" tikinti idarəsi yaradıldı, rəisi S.S.Dıvets təyin olundu.

1929-cu ilin əvvəlində ABŞ-ı bir neçə mütəxəssis heyəti ziyarət etmişdir, hansı ki, zavodun tikintisi üçün texniki sənədlərlə və iki əsas modelin istehsalı üçün Amerika çertyojlarından istifadə edilməsinə razılaşmışdırlar.
31 may 1929-cu ildə SSRİ XTAM ilə Amerika şirkəti olan Ford Motor Company arasında minik və yük avtomobillərinin təşkilinə və kütləvi istehsalının qurulması üzrə texniki yardım haqqında saziş imzalandı. İstehsal proqramının əsas modelləri Ford-A və Ford-AA seçildi. Zavod Albert Kanın Amerika memarlıq bürosu tərəfindən layihələşdirildi, tikintiyə texniki rəhbərliyi Amerikanın "Ostin və Ko"(Austin & Co) şirkəti həyata keçirdi, tikintini isə "Metallstroy" tresti apardı. Həmçinin Amerika tərəfi mütəxəssislərin öyrədilməsini həyata keçirməli idi. Texniki əməkdaşlıq müddəti doqquz il idi.

1929-cu ilin avqust ayında Nijniy Novqorod yaxınlığında nəhəng tikinti qaynadı - meydançanın hazırlanması başlandı, 1930-cu il may ayının 2-də isə gələcək avtonəhəngin təməlinə ilk daşın qoyulması ilə əlaqədar təntənəli mərasim keçirilmişdir. Təxminən 50 min insan bu tikintidə çalışırdı. Tikintiyə mühəndis-inşaatçı M.M.Tsarevskiy rəhbərlik edirdi.

İyirmi yaşlı oğlan M.M.Tsarevskiy 1917-ci ildə bolşevik partiyasına daxil olub. 1918-ci ildə könüllü olaraq Qırmızı Orduya daxil olub, DQ-da və Birləşmiş Dövlət Siyasi İdarəsi qoşunlarda xidmət etmiş, Sovet respublikasının müdafiəsində fəal iştirak edib. Artıq 1925-ci ildən M.M.Tsarevskiy bir sıra mühüm tikintilərin rəhbəri idi, harada ki, qurucu və təşkilatçı kimi onun istedadı hərtərəfli üzə çıxdı. MşMşTsarevskiyə dövlət qarşısında xüsusi xidmətlərinə görə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. O, dörd Lenin, iki Qırmızı bayraq, iki Qırmızı Əmək Bayrağı, iki Qırmızı Ulduz ordenləri ilə və yeddi medalla təltif edilib.

Sonra avtomobil zavodunun sənaye quruluşunun əsas tərəfi inkişaf etdirildi. Sexlərin istehsal korpusları ilə birlikdə istilik enerji mərkəzi tikilməli idi, Oka çayında su səddi, zavodun yaxınlığında böyük yaşayış massivi və bunlar arasında mürəkkəb kommunikasiya sistemini aparmaq.

Bacarıqla görülən layihələndirmə işləri, əla əmək təşkilatı, hər kəsin yüksək məsuliyyəti öz bəhrəsini vermişdir. Balaca kənd yaxınlığının boş yerində müasir avtomobil zavodu sürətlə qaldırılırdı. Cəmi il yarım təməlqoymadan sonra, 1931-ci ilin noyabr ayında, demək olar ki, bütün zavod korpusları avadanlıqların quraşdırılması üçün hazır idi.

Təsəvvür edin - cəmi iki ay ərzində, xarici mütəxəssislərin köməyi ilə otuz böyük korpuslarda 450 dəzgah və aqreqatlar, 80 minə yaxın elektrik ötürücüləri quraşdırılmışdır, belə bir heyranedici miqyası, hər hansıda maşınqayırma zavodları hələ bilmirdilər.

Lakin avtomobillərə olan tələbat bu qədər yüksək idi ki, Qorki Avtomobil Zavodunun tikintisi ilə eyni zamanda, onların yığılması üçün idxal qovşaqlarını Moskvada Kommunist Beynəlxalq Gənclər adına zavod, o cümlədən "Oktyabr Fiti" zavodu təmin edirdi.

Həmçinin, zavodun tikintisi ilə paralel olaraq, 1930-cu ildən etibarən "Avtostroy"un tədris bazalarında, peşəkar kadrların hazırlanması üzrə böyük işlər aparılırdı. Yuxarıda adı çəkilən "Oktyabr Fiti" zavodu, hansında ki, iri qovşaqlı Ford avtomobilləri yığılırdı, əsas konveyer üçün işçilərə tədris keçirdi, amma Nijniy Novqorodda V.İ.Ulyanov adına gəmi təmiri zavodunda çilingərlər, xarratlar, kəsicilər, tökməçilər, quraşdırıcılar, İnformasiya Texnologiyaları Mərkəzinin kurslarında çilingər-alətçilər öyrədilirdilər.

Beləliklə, 1931-ci ilin dekabr ayına qədər ilk növbə üçün 11503 işçi və mütəxəssislərdən ibarət texniki personal hazırlandı. Bir qədər irəli gedərək onu da deyək ki, 1932-ci ildə Rostov-na-Donuda, Moskvada, Leninqradda(indiki Sankt-Peterburq), Xarkovda, Stalinqradda zavodlarında təhsil alan daha 600 ixtisaslı mütəxəssis qayıtdı.

1932-ci il yanvarın 1-də avtomobil zavodu fəaliyyətə başladı, 29 yanvar 1932-ci il tarixdə isə, saat 19:15 də "Ura!" qışqırıqları, zavod fiti səsi altında və alqışlarla Nijniy-Novqorod avtomobil zavodundan ilk yük avtomobili çıxdı. Artıq 31 yanvar tarixində 25-ci avtomobil konveyerdən çıxdı. Həmin il fevralın 28-dən zavodd qrafik quruldu - gündə beş avtomobil buraxılmalı idi.

Yük maşını Ford-A və Ford-AA avtomobillərindən olan gücü 40 at gücü və 3285 sm³ həcmli, 4 silindrli mühərriklə təchiz edilmişdir. Yanacaq verilişi özüaxımlı rejimdə həyata keçirilirdi, klapan ötürücü nizamlanmayan, elektrik sistemi isə çox sadə idi. Bütün bunlar xidməti sadələşdirirdi və sürücüdən texnika sahəsində xüsusi biliklər tələb etmirdi.

Eyni zamanda, “yarımlıq” həmin vaxt üçün kifayət qədər müasir texniki göstəricilərə malik idi - alüminium porşenlər, elektroişəsalan, 4 pilləli ötürücü qutu, baş ötürücüdə dişli çarx, sərt boru içində fırlanma mübadiləsi üçün mexanizm valı (kardan valı).

İlk nümunələri taxta kabinə ilə buraxılırdı və yalnız 1934-cü ildə onu tammetallı kabinə əvəz etdi. Avtomobilin çəkisi cəmi 1750 kiloqram idi, 70 km/s maksimal sürət yığırdı və 100 km yol üçün 19,5 litr aşağı növlü benzin sərf edirdi.

İlk 20 gün ərzində 136 "yarımlıq" yığdılar və bununla da əvvəlcədən zavoda qoyulmuş qovşaqlar və detallar qurtardı, yeni təchizat isə yox idi. Martın sonunda konveyer dayandı. Zavodun konveyeri dayandırılması səbəblərinin araşdırılması üçün Nijni Novqoroda Q.K.Orconikidze gəldi.

Onun məruzəsindən sonra, 20 aprel 1932-ci ildə MK-nin ÜKP "Nijniy Novqorod Avtomobil Zavodu Haqqında" qərar qəbul etmişdir. Orda qeyd olunurdu ki, özünün təchiz olunduğu avadanlıq və texnika ilə zavod yerinə yetirməyə və hətta öz üzərinə düşən vəzifəni tam yerinə yetirməyə qadirdir, amma yarıtmaz rəhbərliyinin səbəbindən onu yerinə yetirmir.

Partiya komitəsi və zavodun bütün partiya təşkilatı ilə, onun sexlərində və şöbələrində təşkilati-tərbiyələndici işlər operativ şəkildə dəyişdirildi. O qüsurlu istehsal obyektlərinə qəti mübarizə, keyfiyyətli maşınların kütləvi buraxılışı və yeni texnika ilə təchiz olunması üçün yönləndirildi. Kommunistlər sonuncuya xüsusi diqqət ayırdılar.

Çətinlikləri yavaş-yavaş aşırdılar. Yarım il ərzində növbə ərzində orta hesabla on avtomobili konveyerdən çıxdı. Nəticədə 27 iyun 1932-ci ildə zavod cəmi 1008 ədəd NAZ-AA markalı maşın buraxdı.

1932-ci ilin ortalarına qədər zavod Nijni Novqorod avtomobil zavodu (NAZ) adlandırılırdı. Onun konveyerindən çıxmış ilk 1,5 tonluq yük maşınları NAZ-AA markasını daşıyırdılar. O şəhərə yazıçı Maksim Qorkinin adı verilənədək bir neçə ay bu adı saxladı, şəhərin adı dəyişəndən sonra zavodun adı Qorki avtomobil zavodu(QAZ) adlandırıldı.

1932-ci ilin iyul ayında avtomobil zavoduna yeni direktor təyin olundu. O S.S.Dyakonov oldu, hansı ki, buna qədər Ümumittifaq avtotraktor birliyinin müdiri müavini vəzifəsində çalışırdi. Kollektivdə dərhal hiss etdilər - istedadlı, geniş düşüncəli və istehsalatdan yaxşı başı çıxan əsl rəhbər gəldi.

6 dekabr 1932-ci ildə 5 yerli, qapılı, fayton tip banlı, orta sinif QAZ-A minik avtomobilinin istehsalı başlanmışdır. O, "yarımlıq" ilə kifayət qədər eyniləşdirildi. Avtomobillər eyni güc aqreqatları ilə, ön ox və ön lələk hissələri ilə və s. təchiz olunurdu ki, bu da o vaxt iqtisadi cəhətdən məqsədəuyğun idi.

Artıq 1933-cü ilin əvvəlindən zavodun işi xeyli yaxşı gedirdi. Qorki zavodunun avtoinşaatçıları artıq digər zavodların, o cümlədən, Moskva avtomobil zavodunun işçiləri ilə öz texniki təcrübələrini bölüşürdülər.

1933-cü ildə xidməti təyinatlı 17 yerlik QAZ-03-30 avtobusunun buraxılışı başladı, aparıcı konstruktor N.İ.Borisov idi. O, 1 №-li (1946-ci ildən Qorki avtobus zavodu (QAZ)) avtoyığım zavodunda istehsal olunurdu. Əslində bu avtobus salonlu "yarımlıq" idi.

Elə həmin il QAZ-A avtomobilinin bazasında yaradılmış və tam metal kabinəli və 500 kq yük götürmə qabiliyyətli platforması olan QAZ-4 pikapı istehsalata buraxılmışdı, baş konstruktoru Soroçkin idi. O Qorki avtoyığım zavodunda buraxılırdı. Bundan başqa, orada az seriyalı QAZ-6 sedanı buraxılırdı.

1934-cü ilin sonunda 2 tonluq, 3 oxlu, 6x4 təkər formulu olan, tanınmış konstruktor V.A.Qraçev tərəfindən hazırlanan QAZ-AAA yük avtomobili konveyerə qalxdı.

Sonralar 1,2 tonluq QAZ-410 özüboşaldan (samosval) yarandı. Hər iki model QAZ-AA bazasında yaradılmışdır.

17 aprel 1935-ci ildə 100000-ci avtomobil konveyerdən çıxdı. Bu "lüks" versiyasında QAZ-A oldu. Şübhəsiz ki, bu zavodun kollektivi üçün çox mühüm və təntənəli bir hadisə idi. Beləliklə, QAZ ölkədə 100 000 avtomobil istehsal etmiş, ilk avtomobil zavodu oldu.

1935-ci ilin oktyabr ayından 1936-cı ilin oktyabr ayınadək, yeni model olan QAZ M-1 minik avtomobilinin işlənilməsi ilə əlaqədar, zavodda yenilənmə və yeni avadanlığın quraşdırılması işləri aparıldı.

16 mart 1936-ci ildə daha çox "Emka" kimi məşhur olan, ilk minik avtomobili olan QAZ М-1-in ("Molotovlu - 1") buraxılışı başladı. Bu avtomobil müharibədən əvvəlki ən kütləvi sovet minik modeli oldu.
“Emka”nın bazasında:
1937-ci ildə Qorki avtomobil zavodunun filialında QAZ-55 sanitar avtobusu;
1939-cu ildə 6 silindr mühərrikli, modernləşdirilmiş sedan QAZ-11-73;
1940-ci ildə tam ötürücülü fayton QAZ-61-40;
1941-ci ildə dünyada ilk komfortlu yolsuzluq avtomobili bağlı banlı, sedan tipli QAZ-61-73 buraxılmağa başlayıb.

40-cı illərin əvvəllərində QAZ-da ordu komandiri üçün tamötürücülü QAZ-64 avtomobili yaradılıb. İlk seriyalı maşın isə 1941-ci ilin avqust ayında buraxılmışdır.

Qorki avtomobil zavodunun tank istehsalı sahəsində işləmələri barədə çoxlarına məlum deyil. Belə ki, 1936-cı ildə müəssisə, Moskvadakı 37№-li zavodda hazırlanmış, kiçik üzən tank seriyasını - T-38-i buraxmışdır. Lakin 35 maşın verildikdən sonra onların istehsalı başa çatdırıldı, konstruktor kollektivi isə alternativ kiçik üzən tank variantı üzərində işə başladı. Beləliklə, TM ("Molotov Tankı") prototipi yaradılmışdır, hansı ki, bir sıra xüsusiyyətlərinə görə T-38-dən üstün idi - bəzi hallarda geri qalırdı, amma, ümumiyyətlə bu modellərin hər ikisi məhdud döyüş qabiliyyətinə malik idi.

II dünya müharibəsi illəri 1941 – 1945

1941-ci il oktyabr ayında T-60 tankı;
1942-ci ilin aprel ayında T-70 tankı;
1942-ci ilin payızında BA-64 gülləkeçirməz minik avtomobili;
1943-cü ildə QAZ-67 hərbi avtomobili;

Ümumiyyətlə Böyük Vətən müharibəsi illərində buraxılıb:

Avtomobil - 176 221 ədəd (Ford G8T və Chevrolet G7107 yük maşınlarının kirayə dəstlərindən də yığım daxil olmaqla);
Tank - təxminən 12 000 ədəd;
Özüyeriyən qurğular - 9000 ədəddən çox;
Minaatan - 24 000 ədəd;
Avtomobil mühərrikləri - 232 000 ədəd;
"Katyuşa" raket qurğuları üçün - 30 000 ədəd mərmi.

Müharibədən sonrakı illər 1946—1960

1946-cı ildə “Pobeda” M-20 və eyni zamanda 2,5 tonluq QAZ-51 yük avtomobili;
1947-ci ildə qar – batalıqda gedən sepli maşın QAZ-47;
1948-ci ildə tamötürücülü QAZ-63 yük maşını;
1949-cu ildə cipin prototipi olan QAZ-69 yaradıldı;
1950-ci il dövlət maşını olan ZİM və gülləkeçirməz transportyor BTR - 40;
1953—1954-cü illərdə QAZ-69 və QAZ-69A istehsalı başladı;
1956-cı ildə “Pobeda”nın əvəzinə “Volqa” QAZ-21 gəldi;
1959-cu ildə “ZİM”in əvəzinə “Çayka” QAZ-13 gəldi;
50 – ci illərin II yarısında III nəsil yük avtomobillərinin istehsalına – QAZ-52, QAZ-53, QAZ-56 da daxil olmaqla hazırlıq gedir.

1961 – 1980-ci illər

1960-cı illərdə yük avtomobillərinin xəttinin yenilənməsi başa çatmışdır. Konveyer üzərinə çıxarılmış QAZ-52 (1961), QAZ-53 (1961) və QAZ-66 (1964) - QAZ yük avtomobillərinin üçüncü nəsilini yaratdılar. QAZ-53 və QAZ-66-ya V8 güclü karbürator mühərrikli yeni güc aqreqatları quraşdırmağa başladılar. Tamötürücülü ikili təyinatlı yük maşını olan QAZ-66 avtomobillər arasında Dövlət keyfiyyət nişanına layiq görülmüş ilk SSRİ avtomobili idi.
1960-cı illərin əvvəllərində məşhur "Volqa" M-21-in əvəzinə QAZ-24 "Volqa" minik avtomobilinin hazırlıq işləri gedirdi, 1970-ci ildən isə kütləvi istehsalına başlandı. Avtomobil bu mükafatlar ilə qeyd olunmuşdur: 1969-cu ildə Plovdiv şəhərində (Bolqarıstan) və 1970-ci ildə Leypsiqdə (ADR) beynəlxalq sərgilərdə qızıl medallarla. 1970-ci ilin iyul ayında QAZ-21-in, 1975-ci ilin aprel ayında isə QAZ-51A-nın istehsalı dayandırıldı. Sonuncu konveyerdən çıxmış əfsanəvi yük maşını QAZ Tarix muzeyinə getdi.
1977-ci ildə “Çayka” QAZ-14-ün istehsalı başladı.

1981 – 1991-ci illər

1981-ci ildə 10 milyonuncu QAZ avtomobili konveyerdən çıxdı;
1981-ci ildə QAZ-3102 avtomobili yaranır;
1984-cü ildə ilk hava soyuducu dizel mühərrikli yük maşını olan QAZ-4301 yığıldı;
1985-ci ildə QAZ-24-ün yeni versiyası QAZ-24-10 yaranır
23 sentyabr 1987-ci ildə QAZ-24-10 bazasında hazırlanmış QAZ-24-12 universalı və QAZ-24-13 sanitar maşını konveyerdən çıxır.
1989-cu ildə dördüncü nəslə keçid olan QAZ-3307 yük maşına konveyerə qalxdı.

1992 – 2000-ci illər

1992-ci ildə QAZ-31029 sedanı və paralel olaraq QAZ-2304 “Burlak” meydana gəldi;
1994-cü ilin iyul ayında aztonnajlı “Qazel” yük avtomobili yarandı;
1997-ci ildə “Volqa” üzərində yenilənmə işləri getdi və QAZ-3110 indeksini aldı;
1999-cu ildə ikili təyinatlı QAZ-66 yük avtomobilini QAZ-3308 “Sadko” yük avtomobili əvəz etdi;

2000 – 2010-cu illər

2005-ci ildə ortatonnajlı QAZ-3310 “Valday” avtomobili yarandı

2011 – 2018-ci illər

2011-ci il fevral ayının əvvəlində "QAZ Qrupu" və Amerikanın GM konserni Chevrolet Aveo modelinin yeni nəslinin QAZ qurğularında yığılması haqqında müqavilə imzaladılar. 2013-cü ilin fevral ayında yığım başlandı.

9 aprel 2013-cü ildə “Qazel Next” avtomobilinin istehsalına başlanıldı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR