Slimfit
  1. DÜNYA

Qonşuda mobil operatorlar qiymətləri qaldırdı

Qonşuda mobil operatorlar qiymətləri qaldırdı
Sakura

Qonşuda mobil operatorlar qiymətləri qaldırdı

Rusiyanın “Meqafon” mobil operatoru bu gündən, yəni yanvarın 13-dən, “Vımpelkom” (“Bilayn”) yanvarın 16-dan tariflərini artıracaq.

Axar.az xəbər verir ki, bununla bağlı hər iki operator ötən ilin dekabrından müştərilərini xəbərdar edib.

“Meqafon” istehlakçı xidmətlərinin artımını nəzərə alaraq belə bir addım atdığını bildirib. Qeyd olunub ki, yeniliklər çox az sayda müştəriyə təsir göstərəcək.

“Vımpelkom”dan isə bildirilib ki, qanunun tələblərinin yerinə yetirilməsi və infrastrukturun intensiv inkişafı xərcləri səbəbindən bu addımı atmaq məcburiyyətində qalıblar.

Ekspertlərin proqnozlarına görə, 2020-ci ildə Rusiyada mobil rabitə xidmətində 17-18 faiz bahalaşma gözlənilir.

Qeyd edək ki, Rusiyada 2018-ci ilin oktyabrın 1-də antiterror qanun paketi qəbul edilib. Qanuna əsasən, mobil operatorlar və internet şirkətləri istifadəçilərin danışıq və yazışmalarının saxlanmasını təmin etmək məqsədilə yeni avadanlıqlar almalıdır. Bu cür avadanlıqların alınması da xeyli xərc tələb edir. Mobil operatorlar bu xərclərin 40-50 milyard rubl arasında olduğunu bildirirlər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR