Qondarma rejim Qarabağda "seçki" keçirməyə hazırlaşır
Ens.az erməni mətbuatına istinadən xəbər verir ki, martın 31-də qondarma "Dağlıq Qarabağ Respublikası"nda parlament və prezident seçkiləri keçiriləcək.
Separatçı rejimin Mərkəzi Seçki Komissiyasının sədri Srbui Arzumanyan televiziya və radio efirində seçkilərin 31 marta təyin olunduğunu və həmin günün istirahət günü elan edildiyini bildirib.
Təhlilçilər seçkilər kampaniyasının rejimin hakimiyyətin mövcud vəziyyətin qorunması istiqamətində qəti və fəal şəkildə həyata keçirilmiş strategiyası barədə danışmağa imkan verdiyini bildirir. Artıq 12 prezidentliyə namizədin olması hələ burada demokratik seçki olacağını ifadə etmir "deyə onlar qeyd edirlər.
Təhlilçilərin fikrincə, bu qərar sadəcə qondarma rejim rəhbərliyinin hakimiyyətlərinin əvvəlki illəri ilə bağlı bütün problemləri avtomatik olaraq aradan qaldırmağa yönəlib.
Qeyd edək ki, 31 mart azərbaycanlıların ermənilər tərəfindən soyqırımı günüdür.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət