Dərc edildi: Baxış sayı: 697
Qondarma qurumun “prezidenti” istefa verdi
Qondarma Abxaziya respublikasının “prezidenti” Raul Hacimba istefa verib.
Axar.az xəbər verir ki, onun istefası barədə müraciətinə sabah qondarma qurumun “parlamenti”ndə baxılacaq.
Qeyd edək ki, bundan öncə Abxaziyada genişmiqyaslı etiraz aksiyaları başlayıb. Nəticədə "prezident administrasiyası" etirazçıların hücumuna məruz qalıb.
Abxaziya "parlamenti" də "dövlət başçısı"nın istefaya getməsini tələb edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət