Qol güləşi idman klubuna cərimə protokolu yazıldı
"Qol güləşi idman klubu" Məhdud Məsuliyyətli Cəmiyyətinə inzibati protokol yazılıb.
Ens.az Pravda.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 496.1-ci (Malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.
İş Səbail Rayon Məhkəməsinin hakimi Günel Səmədovanın sədrliyi ilə araşdırılacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət