Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Qocalmanın qarşısını alan cövhər

Qocalmanın qarşısını alan cövhər
Sakura

Qocalmanın qarşısını alan cövhər

Hazırlanması çox sadə olan bu cövhərin insan orqanizmi üçün faydaları sayılmaqla bitməz. Ən başlıcası bu cövhər vaxtsız qocalmanın qarşısını alır. O, ürəyin fəaliyyətini yaxşılaşdırır, qan təzyiqini normallaşdırır, bütün daxili orqanlara müsbət təsir göstərir, orqanizmin zərərli maddələrdən təmizlənməsinə yardımçı olur.

Medicina.az xəbər verir ki, bu çövhərin ən faydalı xüsusiyyətlərindən biri isə qış fəslində bizi gözləyən xəstəliklərə qarşı mübarizə etmək üçün orqanizmdə immun sistemini gücləndirir.

Cövhərin hazırlanması çox sadədir. Bunun üçün aşağıdakılar lazımdır:

Kərəviz - 3 kiloqram

Bal - 400 qram

Sarmısaq - 400 qram

Qıtıqotu (xren) - 400 qram

Limon - 8 ədəd

Alma - 2 ədəd

Bütün bunları ət maşını və ya üyüdücü (blender) vasitəsi ilə əzib xırdalamaq və yaxşıca qarışdırmaq lazımdır. Alınmış kütlə 50 dərəcəyə qədər olan odda qarışdırıla-qarışdırıla qızdırılmalı və qayamadan odun üstündən götürülməlidir. İki gün sərin yerdə saxlanıldıqdan sonra alınmış qarışığın şirəsi çəkilməlidir. Bununla da sağlamlıq cövhəri hazırdır. O, şüşə qablara süzülərək soyuducuda saxlanılmalıdır.

Bu möcüzəvi faydalı cövhəri gündə iki dəfə yeməkdən 20 dəqiqə əvvəl 1 çay qaşığı qəbul etmək lazımdır. Qarşıdan gələn soyuq qış günlərini sağlam və gümrah keçirmək, yeni ilinizi xoş ovqatla qarşılamaq istəyirsinizsə tənbəllik etmədən sağlamlıq cövhərini hazırlayın və faydalarından yararlanın.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR