Qobustan qoruğunda geyim kolleksiyası nümayiş olunub
"Qobustan" Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tərəfdaşlığı ilə Qobustan qoruğunda "İpək Yolunda Qobustan. İncilərin rəqsi" adlı geyim kolleksiyası nümayiş olunub.
Bu barədə ONA-ya "Qobustan" Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev məlumat verib.
O bildirib ki, universitetin rəssamlıq fakültəsinin dizayn və dekorativ tətbiqi sənət kafedrasının geyim dizaynı ixtisasının II, III və IV kurs tələbələrinin iştirakı ilə dosent Aysel Əzizovanın müəllifli olduğu, Qobustan qayaüstü təsvirlərinin motivləri əsasında hazırlanmış Çin geyim kolleksiyası, Osmanlı dövrünə aid geyim kolleksiyası, eyni zamanda, Azərbaycan milli geyim elementlərinə həsr olunmuş bir-birindən maraqlı geyim nümunələri təqdim olunub.
18-20 min il yaşı olan Qobustan qayaüstü təsvirlərini yeni konsepsiyada izləyiciyə çatdıran layihənin məqsədi Qobustanın mədəni irsinin təbliği ilə yanaşı, geniş auditoriyada bu mövzuya marağı artırmaqdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət