QMİ nümayəndələri Həcc ziyarətinin təşkili üçün Məkkəyə səfərə gedib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndə heyəti Azərbaycandan bu il Həcc ziyarətinin təşkili ilə bağlı Məkkəyə səfərə gedib.
“Report”un əldə etdiyi məlumata görə, nümayəndə heyətinin bu günlərdə Vətənə qayıdacağı gözlənilir.
Səfər zamanı Səudiyyə tərəfinin ziyarətlə bağlı bu ilki şərtləri öyrənilir, zəvvarların qalacağı otellər müəyyənləşdirilir.
Səfərdən qayıdacaq nümayəndə heyətinin təqdimatı əsasında QMİ-də bu ilki qiymətlər, ayrılacaq kvota və digər şərtlər hesablanacaq.
Gələn həftə ziyarətlə bağlı Azərbaycanda sənəd qəbulunun elan ediləcəyi də nəzərdə tutulub.
Qeyd edək ki, ötən il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota ayrılıb. Həcc ziyarətinin qiyməti isə 4285 ABŞ dolları təşkil edib. Bu il də səfər yalnız təyyarə ilə mümkün olacaq.
Azərbaycanda rəsmi olaraq Həcc ziyarətini QMİ təşkil edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət