Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Qlütensiz pəhriz: Kimlər mütləq əməl etməlidir? Mütəxəssislər əsas mifləri dağıtdılar

Qlütensiz pəhriz: Kimlər mütləq əməl etməlidir? Mütəxəssislər əsas mifləri dağıtdılar
Sakura

Qlütensiz pəhriz: Kimlər mütləq əməl etməlidir? Mütəxəssislər əsas mifləri dağıtdılar

Qlütenin faydaları və ya zərərləri haqqında elmi cəhətdən əsaslı məlumatlarla maraqlanırsınızsa, saysız-hesabsız tövsiyə və məsləhətlər fikirlərinizi qarışdırıbsa, bu məqalə sizin üçündür. Qlütensiz qidaların daha faydalı olması fəal şəkildə reklam olunur və 100 yaşına qədər yaşamağı, heç xəstələnməməyi "dəqiq bilən" bir sıra qidalanma məsləhətçiləri və idman məşqçilərinin tmsalında cəmiyyətin fəal hissəsi tərəfindən maraqla dəstəklənir.

Onların hamısı qlütensiz bir pəhrizin birmənalı şəkildə sağlamlığınıza zərər verməyəcəyini iddia edir. Qlütensiz məhsullar təklif edən kiçik eko-mağazaların satıcıları da bu cür tələsik nəticəyə gəlməyə məcbur edirlər.

Ancaq qlütensiz bir pəhriz sağlam qidalanmaq anlamına gəlirmi? Xeyr, bu mütləq olaraq eyni şey deyil.

Ens.az xəbər verir ki, qlüten zülalı buğda, çovdar, arpa və yulafın tərkibində mövcud olan elastik bir proteindir. Onun verdiyi elastiklik sayəsində o gözəl ətirli təndir çörəyinin içindəki fərqli maddələr bir birinə yapışaraq bütövləşir, yaxud üzərinə isti şokalad tökərək yediyimiz tortların keksləri bu qədər şişir və yumşaq olur. Kvass, pivə və bəzi süd məhsullarında da olur. Sadə dillə izah etsək, qlüten makaron və digər unlu məhsullarının tərkiblərini birlikdə saxlayan yapışdırıcıdır (glue). Elə sözün özü də mənası “yapışdırıcı” olan latınca “glue” kəlməsindən gəlir.

Tarixçəsi: Çörək yedikdən sonra ishalın baş verə biləcəyini insanlar buğda yetişdirməyi və çörək bişirməyi öyrəndikləri zaman bildilər. Sonra yeməkdən əvvəl bir stəkan su və ya çörəyin rasiondan kənarlaşdırılması ilə ishalın rahatlandığını gördülər. Demək olar ki, 2000 il sonra aydın oldu ki, ishal nazik bağırsaqlarda sorulmanın pozulması nəticəsində yaranır. Və 1958-ci ildə belə bir pozuntunun inkişafı ilə əlaqəli genlərdə yeni xüsusiyyətlər aşkar edildi.

Müasir dövrdə bəzi orqanizmlərin qlütenə dözümsüzlüyü geniş yayılmışdır. Dözülməzliyin ekstremal dərəcəsi seliakiey və ya nazik bağırsaqda sorulmanın pozulması sindromu adlanır. Hesab olunur ki, dünya əhalisinin ən azı 1 faizi bu və ya digər dərəcədə qlütenə dözümsüzdür. Ancaq bir detal maraq doğurur. ABŞ-da seliakiey xəstəliyi olan təxminən 1,3 milyon adam var və eyni statistikaya görə, 2,7 milyon insan glütensiz dietalara riayət edir. Belə çıxır ki, bu insanların yalnız yarısının qlütenli məhsullardan çəkinməsi lazımdır. Yaxşı, həmin adamların digər yarısının bu məhsullardan imtinasına hansı səbəbləri var? Xüsusilə adi məhsullarla müqayisədə qlütensiz məhsulların daha yüksək qiymətini nəzərə almaq lazımdır.

Beləliklə bu zülala dözümsüzlüyün iki yayılmış forması var: həssaslıq və seliakiey xəstəliyi.

Həssaslıq - qlüten zelalın allergiyanın təzahürüdür. Ondan necə şübhələnmək olar ? Pivə və ya makaron yeməklərindən sonra mədəniz ağrıyır və qarnınız quruldamağa başlayır, qəbizlik yaranır və yeməkdən sonrakı günün ortasında çox yorulursunuzsa, onda qlüten həssaslığından şübhələnə bilərsiniz. Allergen reaksiya meydana gəlmirsə, allergik reaksiya yoxdur deməkdir.

Yuxarıda qeyd olunan narahatlıqlar müşahidə edirsinizsə, onda makaron, çörək və pivədən imtina etməyə çalışın: simptomlar yoxa çıxıbsa, onda qlütenə qarşı həssassınız. Bu halda, müəyyən dərmanlardan istifadə etmək yerinə, qlütendən imtina etməlisiniz.

İkinci pozuntu forması - seliakiey xəstəliyi - çox ağır bir vəziyyətdir. Bu hüceyrələrdə immun zəifliyi səbəbindən nazik bağırsaqların selikli qişasında sormanın anadangəlmə pozulmasıyla bağlıdır. Özünü müvafiq dərmanlar qəbul edərkən azalmayan daimi bir ishal kimi göstərir, pəhrizin ən kiçik pozulması ilə artır. İstənilən xəstəlikdə olduğu kimi, seliakiey qalxanvarı vəzi , böyrəklər, ürək və s orqanların fəsadlarına gətirib çıxaran ağırlaşmaları ola bilir . Bu isə yaşayış keyfiyyətinə təsir edir və müddətini əhəmiyyətli dərəcədə azaldır.

Qlütensiz qidalar bu qədər faydalıdırsa, aydınlaşdıraq görək bunlar hansılardır? Başqa sözlə, hansı qidalarda qlüten yoxdur? Tərəvəz, meyvələr, süd məhsulları, yumurta, qoz-fındıq, təzə ət və balıq, qarabaşaq yarması, düyü, bunlar hamısı qlütensiz məhsullardır. Şübhəsiz ki, bu məhsulların istifadəsi orqanizm üçün faydalıdır. Ancaq unutmayın ki, həyatınızdan glütensiz qidaları silməklə özünüzü anemiyanın qarşısını almaq üçün lazım olan folatdan məhrum edə bilərsiniz. Qlütensiz qidalarda normal bağırsaq işləməsi üçün lazım olan bitki lifləri azdır. Qlütensiz pəhrizdən uzun müddət istifadə ürək fəaliyyətinin pisləşməsinə səbəb olur, ifıic və miokard infarktı riskini artırır.

Beləliklə, tərkibində qlütensiz bir pəhriz xüsusilə kimlərə məsləhətdir? İlk növbədə seliakiey xəstəliyi olan insanlara fayda gətirə bilər. Ondan qəbizlik və ya ishal zamanı, bağırsaqların qıcıqlanan sindromu vaxtı, qida borusunun iltihabi xəstəliklərində müvəqqəti istifadə edilə bilər. Ancaq belə hallarda bu pəhrizi çox ciddi və uzunmüddətli tutmağa lüzum yoxdur. Bir də ki, sağlıq durumunuzda hər hansı bir probleminiz varsa, yaxşı olar ki, özünüzə İnternetdən gələn məlumatlar əsasında diaqnoz qoymağa tələsməyin, ixtisaslı bir mütəxəssisə müraciət edin.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR