Qloballaşmış istehsalat sisteminin zəif tərəfləri üzə çıxıb
Koronavirus (COVID-19) pandemiyası nəticəsində bir çox dövlətlər və iri şirkətlər qlobal tədarük zəncirlərində strateji məhsulların çatışmazlığı ilə üzləşib.
Ens.az Report.az-a istinadən xəbər verir ki,bu barədə Avrasiya İnkişaf Bankının iqtisadi inteqrasiya barədə tədqiqatında bildirilir.
Tədqiqatın nəticələrinə görə, pandemiyanın təsiri ilə qloballaşmış istehsalat sisteminin zəif tərəfləri üzə çıxıb. Artıq tədarük zəncirlərinin yenidən qurulması gündəmə gəlib, orta gələcəkdə bu zəncirlərin regionlar üzrə təmərküzləşməsinin güclənməsi gözlənilir. Qlobal sarsıntıları yumşaldacaq bu proses səmərəli və çevik tədarük zəncirlərinin yaradılması, ticarətdən ifrat asılılıq riskinin azaldılması üçün qonşu ölkələr arasında əməkdaşlığın gücləndirilməsini ehtiva edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət