Slimfit
  1. DÜNYA

Qlobal fəlakət qaçılmaz oldu

Qlobal fəlakət qaçılmaz oldu
Sakura

Qlobal fəlakət qaçılmaz oldu

Avstriya, Böyük Britaniya, Almaniya və İsveçrədən olan alimlər qrupu belə nəticəyə gəliblər ki, permafrostun əriməsi və bununla əlaqədar karbon tullantılarının artması karbondioksidin emissiya büdcəsini sıfıra endirib. Nəticədə, istixana qazlarının artması qlobal fəlakəti qaçılmaz edib. 

Oxu.Az xəbər verir ki, alimlərin fikirlərini “Nature Geoscience” jurnalı yayımlayıb. 

Karbondioksid qazının emissiya büdcəsi icazə verilən miqdarda karbon dioksiddən ibarətdir ki, bu da qlobal istiləşmənin səviyyəsini müəyyən etməyə imkan verir. 

2015-ci ildə imzalanmış Paris sazişinə əsasən, iqlim dəyişikliyinin faciəvi dərəcəyə çatmaması üçün orta temperaturun artması 1,5 dərəcəyə kimi azaldılmalıdır. 

Mütəxəssislərin fikrincə, bu məqsədə çatmaq üçün büdcədə karbondioksidin miqdarı 550 qiqatondan artıq olmamalıdır. Emissiyanın bu səviyyədə saxlanılması nəticəsində altı ildən sonra bu məqsədə çatmaq mümkün olacaq. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR