Dərc edildi: Baxış sayı: 213
Qlobal Bakı Forumunda müharibə və sülh mövzusunda müzakirələr aparılır
Martın 14-də işə başlayan XI Qlobal Bakı Forumunun ikinci panel iclası “Müharibə və sülh: Realpolitikin geri dönüşü” mövzusuna həsr olunub.
Ens.az AZƏRTAC -a istinadən xəbər verir ki, panel iclasına Gürcüstanın Baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili moderatorluq edir.
Qeyd edək ki, XI Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət