Slimfit
  1. İQTİSADİYYAT

“Qızların təhsil almaması dünyaya 30 trilyon dollar zərər vurur” –Dünya Bankı

“Qızların təhsil almaması dünyaya 30 trilyon dollar zərər vurur” –Dünya Bankı
Sakura

“Qızların təhsil almaması dünyaya 30 trilyon dollar zərər vurur” –Dünya Bankı

Qızların təhsillərini tamamlaya bilməməməsi dünya üçün 30 trilyon dollara qədər gəlir və məhsuldarlıq itkisi ilə nəticələnə bilər. Bu barədə məlumat Dünya Bankının sonuncu hesabatında qeyd edilib.

Hesabatda bildirilir ki, orta təhsili tamamlamış qadınların çalışması ehtimalı xeyli çoxdur və onların qazancı məktəb təhsili olmayanlarla müqayisədə təxminən iki dəfə artıqdır.

Dünya bankı bildirir ki, dünyada 6 və 17 yaş arası 132 milyon qız məktəbə getmir.

Hesabatda əlavə edilir ki, əgər dünyada olan hər qız 12 illik keyfiyyətli təhsil proqramını tamamlamağa müvəffəq olsaydı, o zaman qadınların həyat boyu qazandıqları gəlir 15 trilyon dollardan 30 trilyon dollara qədər artardı:

“Bütövlükdə mesaj çox aydındır. Qızları təhsilləndirmək yalnız atılmalı olan doğru addım deyil, bu, həm də ölkələrin inkişaf potensiallarını reallaşdırmaq üçün iqtisadi və strateji əhəmiyyətli məsələdir.”

Qızların orta məktəbi bitirməsinə nail olmaq üçün görülməli işlər arasında uşaq nikahlarının sayının azaldılması, yüksək əhalisi olan ölkələrdə doğuş nisbətinin azaldılması, uşaq ölümünün azaldılması daxildir. 

Mənbə: Strateq.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR