Slimfit
  1. MEDİA

Qızların pulsuz təhsili təklifinə dəstək: Erkən nikahın da qarşısını ala bilər

Qızların pulsuz təhsili təklifinə dəstək: Erkən nikahın da qarşısını ala bilər
Sakura

Qızların pulsuz təhsili təklifinə dəstək: Erkən nikahın da qarşısını ala bilər

Milli Məclisin deputatı Musa Quliyev bütün tələbə qızların ödənişli təhsildən azad olunması təklifi ilə çıxış edib. 

Deputatın fikrincə, ödənişli əsasla qəbul olmuş bütün qızlar təhsil haqqından azad edilməli və bu məsələni dövlət öz üzərinə götürməlidir. Xüsusilə, istər özəl, istər dövlət təhsil müəssisələrində atası olmayan qız uşaqlarının xərcləri birinci növbədə dövlət tərəfindən ödənilməlidir. Musa Quliyev səsləndirdiyi təklifin qanuniləşməsini də vacib sayıb. 

Millət vəkilinin bu təklifi ictimaiyyətdə böyük dəstək qazanıb. Bir çoxlarının fikrincə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi daha əvvəl bu təkliflə çıxış etməli və hökumət qarşısında məsələ qaldırmalı idi. Çünki belə bir təklifin reallaşdırılması erkən nikah, qızların təhsildən yayındırılması kimi neqativ halların azalmasına birbaşa təsir göstərə bilər. 

“Yeni Həyat” İctimai Birliyinin sədri Nailə İsmayılova da Cebhe.info-ya açıqlamasında  millət vəkilinin təklifini yüksək dəyərləndirib:

“Millət vəkilinin bu təklifini alqışlayıram. Düzdür, nəinki təhsil sistemində, ümumiyyətlə cəmiyyətdə gender bərabərliyi olmalıdır. Amma bu təklifi gender bərabərliyi olmadan da alqışlamaq lazımdır. Bu təklifin reallaşması ola bilsin ki, erkən nikahlara da müəyyən qədər təsir etsin. Çünki bu gün qızları çox vaxt oxutmurlar və təhsil haqqı bu məsələdə rol oynayır. Amma bu, bütün bölgələrə aid deyil. Elə bölgə var ki, o qıza təhsil haqqı lazım olmasa belə, onu oxutmayacaqlar. Yaxud ailədə olan hansısa problem ucbatından valideyn qızını oxutmaq istəmir. Bu da ayrıca məsələdir. Erkən nikah "bioloji cəhətdən yetişməmiş orqanizmə müdaxilə olunması" deməkdir. Bu da həm qadının, həm də doğulan uşağın sağlamlığına mənfi təsir edir. Erkən nikahdan doğulan uşaqların əksəriyyətində sağlamlıq imkanları müəyyən qədər məhdud olur. Hesab edirəm ki, millət vəkilinin məlum təklifi reallaşarsa, qeyd etdiyim məsələləri qismən də olsa, yoluna qoyacaq, eyni zamanda ailələrdə qızların təhsilə münasibətini müsbətə doğru dəyişəcək”. 

QHT sədri onu da əlavə edib ki, belə bir təklifin haradan və kim tərəfindən verilməsinin heç bir önəmi yoxdur. Yetər ki, nəticə olsun: “Təbii ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu sahə ilə birbaşa məşğul olan qurumdur. Ola bilər ki, komitə də belə bir təkliflə çıxış etmək istəyində olub. Amma millət vəkili qanunverici orqanda təmsil olunur, onlar birbaşa belə bir layihənin müzakirəsində iştirak edirlər”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR