Slimfit
  1. CƏMİYYƏT

“Qızın bibisi məktəb direktoru işləyib” - Video

“Qızın bibisi məktəb direktoru işləyib” - Video
Sakura

“Qızın bibisi məktəb direktoru işləyib” - Video

“Nəvəm ona nəsə pis söz deyib. Sonra 3 qız yığışıb onu söhbətə çağırıblar. Hadisə zamanı yanlarında bir oğlan da olub. O da qızları ayırmayıb. Nəvəmin başına bu oyunu açıblar. Başına yumurta vurublar, saçlarını kəsiblər”.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu sözləri təhqir olunan yeniyetmə qızın nənəsi Cəmilə Hacıyeva Baku TV-yə bildirib.

O əlavə edib ki, nəvəsi hadisədən sonra evə qayıdanda heç kimə heç nə deməyib: “Biz sonradan bu hadisədən xəbər tutmuşuq. Nəvəmin başına oyun açanlar həm qohum, həm də qonşudurlar. Onun atası həmişə bizə gəlib-gedib. İki övladı var, ərköyün və firondurlar. Başlarına nə gəlir edirlər. Həmin qızın bibisi Qala məktəbində direktor işləyib. Həmin qız çox fironluq edir, onunla bacarmırlar”.

Qeyd edək ki, qeyri-etik hərəkətləri əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdə yeniyetmə qızın başına yumurta çırpılır, saçı kəsilir və digər bullinq hərəkətləri edilir. Bunu edənlər Şüvəlanda yerləşən 156 saylı məktəbin şagirdləridir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR