Dərc edildi: Baxış sayı: 316
Qızılın qiyməti tarixi rekordu yeniləyib
Qızılın qiyməti 2011-ci ilin sentyabr ayında müəyyənləşdirilmiş tarixi rekordu yeniləyib, başqa sözlə, bir unsiya üçün 1 911,6 dollar səviyyəsini üstələyib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu birja sövdələşmələrinin məlumatları göstərir.
Belə ki, Nyu-Yorkun “Comex” birjasında qızılın avqust ayı üçün fyuçersinin qiyməti 1 troy unsiyası üçün 1 911,7 dollara yüksəlib.
Gümüşün sentyabr ayı üçün fyuçersləri isə bir unsiya üçün 23,405 dollara qədər yüksəlib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət