Dərc edildi: Baxış sayı: 869
Qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı vergidən azad edilir
Qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalı 3 il müddətində vergidən azad olunacaq.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir.
Başqa sözlə, vergidən azadetmə 2021-ci il yanvarın 1-dən 3 il müddətinədək davam edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət