Slimfit
  1. MARAQLI

Qızıldan bahalı 8 material

Qızıldan bahalı 8 material
Sakura

Qızıldan bahalı 8 material

Qızıl sərvət ekvivalentidir, bəşəriyyət onu hər zaman və her yerdə qiymətləndirib. Amma dünyada qızıldan baha maddələr var. Gəlin aydınlaşdıraq, bu hansı maddələrdir və nə üçün bahadır.

Qızılın bir qramının dəyəri təxminən 38 dollardlır. Gəlin baxaq, digər metalların dəyəri nədir.

Rodium

Gümüşü-ağ rəngli platin qrupundan olan metaldır. Onun bir qramı təxminən 80 dollardır. Rodium avtomobil sənayesində məşhurdur və monitorların istehsalında istifadə edilir. Zərgərlik sənayesində nadir hallarda istifadə edilir. Onun ağ parıltısı brilyantla eynidir.

Daha əvvəl platinin özü qızıldan baha metal hesab edilirdi. Amma indi platin ucuzlaşıb. İki amil formalaşıb - Çində avtomobil bazarında vəziyyət pisdir və bu metala olan təklif artıb. İndi platin qızıldan ucuzdur - birjada onun bir qramının qiyməti 27 dollardır.

Kərgədan buynuzu

Ey insanlar, kərgədanlardan əl çəkin! Keratin - elə də unikal maddə deyil, o adi məhsullarda var.

Bu materialın qiyməti bir qram üçün 60 dollardır. Bu kədərlidir! Çünki əksər kərgədanlar buynuzunu itirərək ölür, onlar üçün isə əsl ov aparılır.

Asiya və Afrikada kərgədan buynuzu bir çox xəstəliklərin heyrətamiz dərmanı hesab olunur. Amma qiyməti açıq-aşkar şişirdilib. Kərgədan buynuzu sümük toxumasından deyil, bizim saçlarımızda olan keratin zülalından ibarətdir. Onu isə adi zülal tərkibli qidada tapmaq olar - bunun üçün kərgədanları yaralamaq lazım deyil!

Plutonium

Plutonium - görkəmsiz, amma çox bahalı materialdır

Keçək siyahımızın ultrabaha liderlərinə. Plutonium radiaktiv metaldır, əsasən nüvə silahının istehsalında istifadə edilir. Onun qiymətini birjada görmək olmaz - onunla sərbəst formada ticarət aparılmır və dövlət ehtiyacı üçün buraxılır. Onun qiyməti orta hesabla bir qramı üçün 4,5-5,5min dollar arasında dəyişir.

Taffeit

Qırmızımtıl və ya bənövşəyi rəngli qiymətli daşdır. Çaları dəmirin əlavə olunması hesabına əldə edir. Çox nadir hallarda - almazdan milyon dəfə az rast gəlinir.

Son vaxtlarda Çində tapılıb. Taffeitin qiyməti təmizliyindən asılı olaraq 2,5-20 min dollar arasında dəyişir.

Tritium

Görünür, bu tanıdığımız hidrogendir. Bizi əhatə edən hava və suda olan həmin hidrogendir. Amma qiyməti çox bahadır - maddənin bir qramı üçün 30min dollar! Onu belə baha edən, nüvəsində onu radiaktiv edən “əlavə” neytrondur.  Tritium - çox ağır hidrogendir, bu da onu unikal edir.

Tritium atmosferin yuxarı qatlarında var. O Yerin atmosferinin molekulları ilə kosmik zərrəciklər toqquşanda yaranır.  Amma onu ordan əldə etmək çox çətindir, Yerdə isə azdır.

Bəşəriyyətin tritiuma olan tələbatı çox deyil - o nüvə energetikasında istifadə edilir. Amma maddənin gələcək perspektivləri çox yüksəkdir.  O gələcəyin istilik-nüvə elektrik stansiyaları üçün vacibdir. Bu, özlüyündə Yerdə olan kiçik Günəşlərdir ki, xeyli ekoloji cəhətdən təmiz enerji istehsal edəcək. Birincisi, ondan enerji mənbəyi elementlərində istifadə etmək olar - belə mənbələr elektron saatlar və ya RFID etiketləri dəstəkləyə bilər.

Brilyantlar

Qırmızı və yaşıl brilyantlar dünyada ən bahalı olanlardır.

Yerdəki ən məşhur qiymətli daşdır. Brilyantlarda qiymətlər keyfiyyət və rəngdən çox asılıdır. Ən bahalı brilyantlar yaşıl və qırmızı rəngdə olanlardır. Onların qiyməti bir qramı üçün 1-1,2 milyon dollardır.

Kalifornium

Dünyada ən bahalı metaldır. Onu dünyada cəmi iki laboratoriyada - Rusiyada Dimitrovqradda və Ok-Ricdə (ABŞ) istehsal edirlər.

Kaliforniumdan iki məqsədlə - fizika və kimya sahəsində araşdırmalar üçün istifadə edilir, o digər elementləri daha yaxşı öyrənməyə kömək edir. Bu, xərçəngin şüa terapiyası üçün çox vacibdir.

Kaliforniumun qiyməti bir qramı üçün 250 milyon dollardır.

Antimaddə

Adron kollayderi antimateriyanı müəyyən etməyi bacarıb

Antimateriya mövcuddur! Düzdür, çox cüzi miqdarda.

Antimateriya nədir? Elmi dərinliklərə varmadan barmaqlarla izah etməyə çalışacam. Biz məktəbdəki fizika dərsindən bilirik ki, elektronun yükü mənfi, protonda isə müsbətdir. Protonlar atomun nüvələrində yerləşir, elektronlar isə planetlər kimi orbitdə dövr edirlər. Antimaddədə isə bütün bunlar əksinədir - protonlar (yəni nüvələr) mənfi yükə malikdir. Antimaddənin ən əsas özəlliyi bizim “adi” maddə ilə toqquşduqda məhv olmasıdır. Sadə formada desək - güclü partlayış! Bunun partlayışı isə atom bombasından milyon dəfələrlə güclüdür.

“Bombaların şahı” - tarixdə ən güclü bomba SSRİ-də hazırlanmışdır.

Gərək siz partlayışın nə qədər güclü olmasını başa düşəsiniz. Bəşəriyyət tarixində ən güclü bomda SSRİ-də hazırlanmış “Bombaların şahı” olub. 1961-ci ildə onu arktik poliqonda test ediblər. Bombanın çəkisi 27 tondur. Müqayisə üçün deyək ki, analoji partlayışı təmin etmək üçün cəmi 1kq antimaddə kifayətdir.

Müasir elm güman edir ki, Kainatda bütövlükdə antimaddədən ibarət olan bütöv ulduz və qalaktikalar mövcud ola bilər. Bu Böyük partlayış müasir nəzəriyyəsinin nəticəsidir. Amma bunu sübut etmək və ya təkzib etmək üçün heç bir imkan yoxdur.

Antimaddə dünyada məlum olan ən bahalı maddədir. Onu istehsal etmək çox çətindir. 1 qram antimaddə 63,5 trilyon dollardır. Amma onu qramla istehsal etmirlər, əks halda bütün planeti məhv etmək olar.

 

Mənbə: Populyarnaya nauka

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR