Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Qızılca xəstəliyi: yoluxmamaq üçün nə edək?

Qızılca xəstəliyi: yoluxmamaq üçün nə edək?
Sakura

Qızılca xəstəliyi: yoluxmamaq üçün nə edək?

Azərbaycanda 2018-ci ilin dekabr ayında sporazit, yəni tək-tək hallarda qızılca xəstəliyi qeydə alınıb. Yoluxanların 70 faizi, təxminən, 1988-2000-ci illərdə anadan olmuş insanlardır.

Axar.az xəbər verir ki, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyeva Medicina.az saytına açıqlamasında bildirib. Peyvəndlə əhatə faizinin yaxşı olması ilə əlaqədar uşaqlar arasında bu xəstəlik bir o qədər qeydə alınmır. Hazırda əsas təbliğatı uşaqları peyvəndə cəlb etməkdir. Bu səbəbdən sahə həkimləri bir neçə gündür qızılca peyvəndi olmayan uşaqların təcili peyvənd olunması çağırışı edir.

Bəs qızılca xəstəliyi nədir, təhlükəsi nədən ibarətdir, ondan qorunma yolları hansılardır?

Bu xəstəlik qızdırma, intoksikasiya, səpkilərlə xarakterizə olunur. Lakin xəstəlik gedişatına görə başqa səpkili infeksiyalardan fərqlənir. Klassik gedişdə səpkilər mərhələlərlə olur. Birinci gün üzdə, boyunda, ikinci gün bədəndə, üçüncü gün ətraflarda, əldə, ayaqda müşahidə edilir. Əsasən ləkəli səpkilər görmək mümkündür. Səpkilər dövründə uşağın vəziyyəti ağırlaşır, qızdırma daha da yüksəlir, öskürək kəskinləşir, tutma şəkilli olur, gözlər qızarır, işıqdan qorxma yaranır. Uşaq işığa baxa bilmir.

Qızılcanın ilk mərhələsində səpkilər olmur, xəstəlik soyuqdəymə kimi başlayır. Lakin səpki dövründə xəstənin vəziyyəti ağırlaşır. Qızılcanın ağırlaşmaları isə çox təhlükəlidir. Qızılcada ölüm halları kifayət qədərdir. Qızılca miningitə də səbəbə olur, mərkəzi sinir sistemini zədələyir. Otit (qulaq iltihabı), ensefalit (beyin iltihabı), korluq təhlükəsi ola bilər. Qızılca ağırlaşmasız keçirsə, o qədər də təhlükəli deyil, amma ağırlaşmalar olduqda həddən artıq təhlükəlidir. Qızılca virusu bir insandan digərinə hava-damcı yolu ilə keçir. Qızılca virusu çox sürətlə böyük məsafələrə yayıla bilir. Sağlam uşaq səpkili bir xəstə ilə münasibətdə, ünsiyyətdə olubsa, mütləq həkimə müraciət edilməlidir. Çünki artıq onda da qızılca başlayır.

Qızılca diaqnozunu ancaq həkim qoya bilər. Sağalana qədər uşaq həkim nəzarəti altında olmalıdır. Ağırlaşma olmayanda xəstəxanaya qoymağa ehtiyac yoxdur. Lakin ağırlaşma yarandıqda mütləq xəstəxanada müalicə olunmalıdır. Yəni bütün hallarda həkimə müraciət etmək ona görə mütləqdir ki, ağırlaşmalar uşağın həyatına son qoymasın.

Qızılca tutan və yoluxma təhlükəsi olan uşaqlar ətrafdan təcrid olunmalıdır. Uşaq mümkün qədər insanlarla az ünsiyyətdə olmalı, evdə qalmalıdır. Məktəb və bağça yaşlıdırsa, həmin müəssisəyə getməməlidir.

Bu xəstəlikdə peyvənd mütləq olmalıdır. Mütəxəssislər qeyd edib ki, qızılca peyvəndinin pis təsiri heç vaxt ölümə aparmır və apara da bilməz. Amma xəstəlik ağırlaşma ilə getdikdə uşağı öldürə bilər. Bu mənada uşaq bir yaş 2 aylıq olanda mütləq qızılcaya qarşı peyvənd olunmalıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR