Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Qızılca (xəstəlik)

Qızılca (xəstəlik)
Sakura

Qızılca (xəstəlik)

Əlamətləri

Qızılca kəskin yoluxucu vrus xəstəliyidir. Qızılca virusu - Palynosa morbillarum strukturuna və bioloji xassələrinə görə Paramyxoviridae ailəsinə mənsub olub RNT tərkilidir.

Təbii şəraitdə yalnız insanlar xəstələnirlər.56C də virus 2 - 3 dəqiqəyə məhv olur.Günəş işığının təsiri və ultrabənövşəyi şüalara qarşı daha həssasdır.

Qızılca ilə bütün yaşlarda xəstələnmə olur, 1 yaşdan 4 - 5 yaşa qədər olan uşaqlar arasında daha çox yayılan xəstəlikdir.

Əgər ana qızılca keçiribsə 3 aylığa qədər bir qayda olaraq, uşaqlarda analarından keçmiş passiv immunitetin olması ilə əlaqədar qızılca ilə xəstələnmirlər. Passiv immunitet uşaqğın yaşı artdıqca azalır, 9 aydan sonra isə itir. Əgər ana qızılca keçirməyibsə körpədə ilk günlərində də qızılcaya yoluxa bilər.

Virus orqanizmə hava-damcı yolu ilə keçir, ümumi intoksikasiya, yuxarı tənəffüs yollarının katarı,papulyoz-ləkəli səpkilərə səbəb olur. Qızılca törədicisinin giriş qapısı yuxarı tənəffüs yollarının selikli qişasıdır.

Xəstəliyin mənbəyi xəstə insandır. Qızılca zamanı virusdaşıma olmur, lakin xarici mühitə virus ifraz edir. Xəstə kataral dövrdə və səpkinin ilk günündə daha yoluxdurucu olur. Səpkinin 4 cü günündən etibarən xəstə digərlərini yoluxdurma qabiliyyətini itirir. Qızılca yüksək yoluxdurucu qabiliyyətli infeksiya olmasına baxmayaraq ( yoluxdurma indeksi 95-96 %) xarici mühitdə davamsızdır. Belə ki, infeksiyanın əşyalar və üçüncü şəxsdən keçməsi mümkün deyildir.Xəstəlik zamanı orqanizmin müdafiə qabiliyyəti zəiflədiyindən digər ikincili infeksiyalarda ağırlaşmalar ola bilər.Xəstəlikdən sonra ömürlük immunitet yaranır və uzun müddət qanda virusu neytrallaşdıran anticisimlər saxlanılır.

Yayılma mərhələləri

Xəstəliyin gedişatında 3 mərhələ ayırd edilir : kataral, səpki, piqmentasiya. İnkubasiya dövrü əsasən 6-17 gündür, lakin çox hallarda 8-11 gün davam edir. Kataral dövrdə ümumi intoksikasiya əlamətləri meydana çıxır. Öskürək, burundan selikli ifrazatın gəlməsi, hərarətin 38-39 S olması, konyuktivit, qırtlaq ödemi və s xarakterikdir. Bu dövr 4-5 gün çəkir.

Daha sonra səpkilər dövrü başlayaraq 3-4 gün davam edir. Səpki əvvəl çəhrayı ləkələr şəklində burun ətrafında, qulaq ardında, göz qapaqlarında eləcə də bütün sifətə boyuna və döşün yuxarı hissələrinə yayılır. Bəzən səpkilər bir birilə birləşirlər 2 ci gün gövdəyə və qollara yayılır. 3 cü günü isə bütün bədən səthində olur. Səpkinin bu cür etap şəklində olması qızılca üçün differensial diaqnostik əhəmiyyətə malikdir.

Piqmentasiya dövründə isə səpkilər tündləşir və qəhvəyi rəng alır. Bu dövr 5-8 gündür. Səpkilər itdikdən sonra kəpəkvari qabıqlanma meydana çıxır və üzdə daha yaxşı nəzərə çarpır. Piqmentasiya dövründə xəstənin ümumi vəziyyəti yaxşılaşır, kataral əlamətlər zəifləyir, temperatur normallaşır.

Keçirilmiş qızılcadan sonra uzun müddət asteniya və anergiya vəziyyəti qalır. Bu səbəbdəndir ki, xəstəlik keçirmiş adamlarda klinik sağalmaya baxmayaraq hələ də bir müddət yorğunluq, ümumi halsızlıq, yuxu pozğunluğu qeyd edilə bilər.

Tədqiqatlar göstərmişdir ki, böyüklərdə uşaqlarda olduğuna nisbətən daha ağır keçir.

Keçirilmiş qızılcadan sonra davamlı immunitet əmələ gəlir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR