Dərc edildi: Baxış sayı: 628
'Qızıl top': Messi Van Deyki 7 xal qabaqlayıb
“France Football” nəşri “Qızıl top” mükafatının səsvermə nəticələrinin detallarını açıqlayıb.
“Report” nəşrin rəsmi saytına istinadən xəbər verir ki, mükafatı 6-cı dəfə qazanan İspaniyanın “Barselona” komandasının kapitanı Lionel Messi ən yaxın izləyicisi İngiltərə “Liverpul”nun futbolçusu Vircil van Deyki 7 xal qabaqlayıb.
Argentinalı forvard 686 xalla qalib olduğu halda, niderlandlı müdafiəçi 679 xal toplayıb. Bununla belə, səsvermədə iştirak edənlər ümumilikdə 69 dəfə Van Deykin, 61 dəfə isə Messinin adını birinci yazıblar.
İtaliya “Yuventus”nun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu isə 476 xalla 3-cü olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət