Dərc edildi: Baxış sayı: 562
Qızıl hasilatı kəskin azalıb
2018-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 2 min 588,7 kq qızıl hasil olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 27,8% azdır.
"Kommersant.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilir.
2018-ci ilin iyul ayında Azərbaycanda 192,6 kq qızıl hasil olunub.
Hasil edilən qızıl emala göndərilib.
2017-ci ildə Azərbaycanda 6 min 390,8 kq qızıl (2016-cı illə müqayisədə artım 3,4 dəfə) hasil olunmuşdu.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət