Dərc edildi: Baxış sayı: 260
Qızıl 1 %-ə yaxın bahalaşıb
Dünya bazarında qızılın qiyməti təxminən 1 % artıb.
“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 0,88 % və ya 16,4 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 883,6 dollara satılıb. Gümüşün may fyuçerslərinin qiyməti isə 1,47 % artaraq 1 unsiyası 20,808 ABŞ dolları təşkil edib.
Dolların ucuzlaşması və ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcəsi ilə bağlı gözləntiləri qızılın qiymətinin artımını dəstəkləyir.
Bu arada ABŞ dollarının indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,69 % düşərək 103,85 bənd təşkil edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət