Slimfit
  1. CƏMİYYƏT

Qiymətləri ilə razılaşmayan şagirdlər şikayət edə biləcəklər

Qiymətləri ilə razılaşmayan şagirdlər şikayət edə biləcəklər
Sakura

Qiymətləri ilə razılaşmayan şagirdlər şikayət edə biləcəklər

Orta məktəblərdə summativ qiymətləndirmələrin nəticələri, yaxud yarımillik və illik qiymətlərin hesablanması ilə razılaşmayan təhsilalanlar məktəb direktoruna şikayət edə biləcəklər.

Trend-in məlumatına görə, bununla əlaqədar Təhsil Nazirliyinin Kollegiyası “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”nda dəyişikliklər edib.

Bu dəyişikliklərə əsasən, summativ qiymətləndirmələrin nəticələri, yaxud yarımillik və illik qiymətlərin hesablanması ilə razılaşmayan təhsilalanlar (onların valideynləri və ya digər qanuni nümayəndələri) qiymətin bu Qaydanın 4.20-ci və 5.4-cü bəndlərində göstərilən qaydada yazıldığı tarixdən 30 gün müddətində qiymətləndirmənin nəticələrinin araşdırılması üçün təhsil aldıqları ümumi təhsil müəssisəsinin rəhbərinə yazılı şikayət edə bilərlər.

Təhsilalanın (onun valideyninin və ya digər qanuni nümayəndəsinin) şikayətində göstərilən hallar (sualın tərtibatında və ya balların hesablanmasında yol verilmiş səhvlər) öz təsdiqini tapdıqda ümumi təhsil müəssisəsinin rəhbəri tərəfindən qərar qəbul edilir. Belə ki, bu qərarlara uyğun olaraq, qiymətləndirmənin nəticələrinə təsir göstərmiş hallar nəzərə alınaraq, yenidən hesablanma aparılır və nəticələrə dəyişiklik edilir. Qiymətləndirmənin nəticələri ləğv edilir və təhsilalanın biliyinin yenidən qiymətləndirilməsi təşkil edilir.

 

Şikayətdə göstərilən hallar öz təsdiqini tapmadıqda, təhsilalana (onun valideyninə və ya digər qanuni nümayəndəsinə) bu barədə əsaslandırılmış cavab göndərilir.

Şikayətə baxılmasının nəticəsi ilə razılaşmayan təhsilalanların (onların valideynləri və ya digər qanuni nümayəndələri) müraciətlərinə ümumi təhsil müəssisəsinin tabeliyindən asılı olaraq yerli təhsili idarəetmə orqanları və ya Təhsil Nazirliyi tərəfindən baxılır. Şikayətdə göstərilən hallar öz təsdiqini tapdıqda, bu Qaydanın 6.2.1-ci və ya 6.2.2-ci yarımbəndlərində göstərilən tədbirlərin görülməsi barədə ümumi təhsil müəssisəsinə tapşırıq verilir. Şikayətdə göstərilən hallar öz təsdiqini tapmadıqda, təhsilalana (onun valideyninə və ya digər qanuni nümayəndəsinə) bu barədə əsaslandırılmış cavab göndərilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR