Slimfit
  1. CƏMİYYƏT

Qiymət qalxır, sürət düşür - Azərbaycanda internet “möcüzəsi”

Qiymət qalxır, sürət düşür - Azərbaycanda internet “möcüzəsi”
Sakura

Qiymət qalxır, sürət düşür - Azərbaycanda internet “möcüzəsi”

Xəbər verdiyimiz kimi, Azərbaycanda avqustun 15-dən etibarən internet bahalaşıb. Bundan sonra sakinlər 18 AZN deyil, 25 AZN ödəniş edəcəklər. Bununla bağlı özəl internet provayderləri də müştərilərinə xəbərdarlıq ediblər.

Lakin 1 aya yaxın müddət keçsə də internetin sürəti ilə bağlı şikayətlər dayanmır. İstifadəçilər bildirirlər ki, qiymət qalxsa da, internetin sürətində heç bir dəyişiklik yoxdur. “Çox pisdir. Dünən axşam bir neçə dəfə fasilə yarandı. Qiymət qalxıb, keyfiyyət düşüb”, “Mən də 25 manat ödəniş etmişəm. 15 manat olanda sürət daha yaxşı idi”, “Bizdən 27 manat alırlar, keyfiyyət də yaman gündə...”, “25 AZN ancaq internet üçündür. Telefon, TV birlikdə 33 AZN ödəyirik”, “Dünən 27 manat ödədim, keyfiyyət çox pis... Əvvəl bundan yaxşı idi” , deyə sosial şəbəkələrdə şikayətlər yazılır.

Bəs internetin sürəti nə zaman düzələcək? Problemin həlli üçün nə etmək lazımdır?

Ens.az xəbər verir ki, məsələ ilə bağlı Rəqəmsal sahə üzrə mütəxəssis Vasif Qəhrəmanov Bakupost.az –a açıqlama verib.

Ekspert bildirib ki, şikayətlərin olması normaldır:

“Son zamanlar əhali arasında şikayətlər artıb. Qiymət qaldırılsa da, keyfiyyət yoxdur. Bunların baş verməsi normaldır. Çünki sistem hələ oturuşmayıb. Sistemə yeni keçmişik. İnternet sürətinin artırılması üçün hər bir provayder öz “Data Center”lərinin miqdarını çoxaltmalıdırlar. Keçiricilik səviyyəsini artırmalıdırlar. Əminəm ki, qısa müddətdə problem aradan qalxacaq”.
Xatırladaq ki, GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətlərin 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırıldığı qeyd olunub. Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayır. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif edilir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR