Slimfit
  1. CƏMİYYƏT

Qiymət qalxdı: Avtobuslarda hansı dəyişiklik olacaq?

Qiymət qalxdı: Avtobuslarda hansı dəyişiklik olacaq?
Sakura

Qiymət qalxdı: Avtobuslarda hansı dəyişiklik olacaq?

51 ədəd CNG tipli Avro-6 standartlı avtobusu paytaxtımıza gətirərək, istismarımızda olan marşrut xətləri üzrə sərnişinlərimizin xidmətinə vermişik.

Ens.Az-ın məlumatına əsasən,bu sözləri Axar.az-a açıqlamasında “Xaliq Faiqoğlu” şirkətinin mətbuat katibi Nizam Rzayev avtobuslarda gediş haqqının 50 qəpik olmasından sonra xidmət keyfiyyətinin yaxşılaşması istiqamətində görüləcək işlər haqda danışarkən deyib.

“Şirkətimiz Bakı şəhərinə Avro-5 standartlarına cavab verən müasir iritutumlu avtobusları gətirərək sərnişinlərə xidmət göstərən ilk özəl daşıyıcıdır. Artıq 10 ilə yaxındır ki, davam etdirdiyimiz müxtəlif layihələr çərçivəsində yerli və xarici maliyyə təşkilatlarından böyük həcmdə investisiyalar cəlb edərək, avtobus parkımızı böyük ölçüdə yeniləmişik. Həmçinin, paytaxt ərazisində müasir standartlara cavab verən iki müasir istehsalat bazası quraraq xidmətə vermişik. Bu istiqamətdə layihələrimiz bundan sonra da davam edəcək və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə yeniliklər edəcəyik”, - Rzayev bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR