Slimfit
  1. MƏDƏNİYYƏT

Qışın trend sviterləri bəlli oldu

Qışın trend sviterləri bəlli oldu
Sakura

Qışın trend sviterləri bəlli oldu

Dizaynerlər hər mövsüm saysız-hesabsız sviterləri satışa buraxır. İncə trikotajlardan tutmuş qalın yun köynəklərə qədər yüzlərlə çeşid alıcıların ixtiyarına verilir.

Publika.az xəbər verir ki, bu payız çox əhəmiyyətli bir tendensiya ortaya çıxıb - V boyunlu boş sviterlər. Bu fasona hamıdan birinci “Lacoste” moda evinin yaradıcı direktoru Louise Trotter müraciət etmişdi.

Soyuqlar yaxınlaşdığı üçün belə bir sviter almağın tam vaxtı yetişib. Lakin lazım olduğundan bir və ya iki ölçü böyük almağı məsləhət görürük. Çünki boş geyimlər indi həm aktualdır, həm də rahatlıq deməkdir. Bu sviterlərin üstünlüyü odur ki, yaxa dekoltesi sayəsində boğulduğunuzu hiss etməyəcəksiniz. V yaxalıqla toxunma sviterlərin digər əsas üstünlüyü ondan ibarətdir ki, cins, yubka və ya klassik şalvarlarla eyni dərəcədə uzlaşır. Onlar yalnız vizual olaraq boynu uzun göstərmir, həmçinin körpücük sümüyünü vurğulayıb gözəlliyinizi daha nəzərəçarpan edəcək.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR