Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Qışın dərmanı: Ayı sarımsağıYabanı növün faydaları

Qışın dərmanı: Ayı sarımsağıYabanı növün faydaları
Sakura
:0

Qışın dərmanı: Ayı sarımsağıYabanı növün faydaları

Qar düşən kimi arıq ayılar bundan yeyir Yabanı sarımsaq dərdlərə dərmandır
 
Ayı sarımsağı adlanan bu yabanı sarımsaq yalnız rütubətli torpaqlarda, kölgəli yerlərdə, dərə ətəyində, kolluqların altında, sıx yarpaqlı ağac meşələrində yetişir. Çox vaxt bitkinin özü görünməsə də, sarımsaq iyi ətrafa yayılır və bəzən buna görə onu yabanı sarımsaq hesab edirlər.
 
Medicina.az xəbər verir ki, yazda nəmli meşələr ayı sarımsağının təzə və yaşıl yarpaqları ilə örtülür, aprel və mayda, bəzən daha erkən yaşıllaşmağa başlayır, çiçəkləri mayın ortaları və ya iyunda görünməyə başlayır. Bitki ümumən bizə tanış olan sarımsağın xüsusiyyətlərini daşıyır, ancaq ondan daha güclü təsirlərə malikdir. Orqanizmdə qocalığın ləngidilməsində əvəzedilməz bitkidir və xroniki dəri xəstəliyində uğurla tətbiq olunur.
 
Torpağa qar düşən kimi arıq ayılar onunla qidalanırlar və bitkinin bəzən "Ayı salası" adlandırılmasının səbəbi bununla bağlıdır. Deyilənə görə, qədim zamanlarda onu əhali bostan bitkisi kimi yetişdirir və arabalarla daşıyırmışlar. Yazda onun yarpaqlı saplağı, qışda isə soğanağı tədarük edilir, ondan müxtəlif şorbalar və piroqlar hazırlanırdı.
 
Ayı sarımsağı mədə-bağırsaq pozğunluğu, kəskin və xroniki ishal və qəbizlik zamanı çox müsbət təsir edir. Yaşlılarda yaranan ödemlərdə və ağciyər problemlərində şəfaverici siropu qəbul olunur.
 
Təzə yarpaqları böyrək və sidik kisəsini təmizləyərək sidikqovucu effekt verir. Bitkinin sıxılmış suyunu çətin sağalan yaraların üzərinə qoyulanda sürətlə sağalmağa kömək edir. Problemli və çivzəli dərilərə təmizləyici təsir göstərir.
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR