Slimfit
  1. CƏMİYYƏT

Qışda onlardan bol-bol istifadə edin – Vacib məsləhət

Qışda onlardan bol-bol istifadə edin – Vacib məsləhət
Sakura

Qışda onlardan bol-bol istifadə edin – Vacib məsləhət

Qışda soyuqdəymə və qriplə bağlı öskürmə halları çox olur. Öskürək siroplarından isə davamlı istifadə etmək düz deyil.

Teleqraf.com xəbər verir ki, ağciyərdəki kəskin öskürək əsasən bronxit, sətəlcəm və astma zamanı, uzun öskürək isə ən çox qripdən sonrakı bronxial həssaslıq, astma ilə əlaqələndirilir.

Xroniki öskürək varsa, ağciyər xərçəngi, vərəm, astma və digər ciddi səbəblər araşdırılmalıdır.

Yuxarı tənəffüs yollarının xəstəlikləri, burun boşalması, sinüzit, faringit quru öskürək zamanı daha çox müşahidə olunur. Öskürək mədə turşusunun qıcıqlanmasına görə də ola bilər.

Öskürək ürək çatışmazlığı və burun axıntısı səbəbiylə uzanan vəziyyətdə artır. Quru öskürək təxminən 3-4 həftə davam edir. Ən kiçik bir stimulla meydana gələn bu öskürək bronxların həssaslığına bağlıdır.

Həkim məsləhəti olmadan öskürəyə qarşı dərmanlar içmək olmaz. Dərmanlar bəlğəmin öskürəkdən xaric olmasını ləngidə və vəziyyəti daha da pisləşdirə bilər.

Öskürəyin keçməsi üçün bol miqdarda maye istehlak etmək, təmiz və geniş mühitdə qalmaq lazımdır. Bu hallarda qızılgül, cökə, heyva yarpağı çayının içilməsi vacibdir. Zəncəfil, mixək, bal və limonun dəmlənərək içilməsi öskürəyin qarşısını alır. Balın bu çayla qarışdırılması immunitet sistemini gücləndirir. Vitamin C güclü bir antioksidandır. Qışda bol miqdarda heyva, portağal, limon istehlak etmək lazımdır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR