Slimfit
  1. AVTO VƏ MOTO

Qışda hansı mühərrik dövriyyəsi ilə idarə etməlisiniz?

Qışda hansı mühərrik dövriyyəsi ilə idarə etməlisiniz?
Sakura

Faydalı məsləhətlər

Bildiyiniz kimi, şaxtalı dövrdə avtomobilin hissələri və qovşaqları xüsusi yüklənməyə məruz qalır. Avtomobil sistemlərinin ömrünü asanlaşdırmaq və istismar müddətini uzatmaq üçün vaxtında texniki xidmətdən keçmək, işlək mayelərin səviyyəsini mütəmadi olaraq yoxlamaq, dəmir "dostu"nuzun davranışını diqqətlə izləmək, həmçinin sürücülük tərzinizi izləmək, xüsusən də mühərrikin düzgün dövriyyəsinə nəzarət etmək lazımdır.

Əvvəla, benzin mühərrikinin optimal dövriyyəsi - güc qurğusunun maksimum elastikliyinə nail olduğu dövriyyə zirvəsinin 50 – 70% aralığında olduğunu xatırlayaq. Və əgər, iki pedallı avtomobillərdə ("avtomat", "robot" və ya variator) sürət dəyişdirmə prosesinin sürət pedalına basma intensivliyinə "bağlı" olması səbəbindən iş dövriyyəsini saxlamaq asan olmadığı halda, bunu "mexanika"da izləyə bilərsiniz və hətta lazımdır.

Nümunə olaraq Hyundai Creta mödelini götürək. 123 at gücünə sahib 1.6 litr mühərrik 4850 dövriyyəyədək toplayır. Stend ölçmələri göstərir ki, bu mühərrik üçün 2500-dən 4000 döv/dəq aralığı optimaldır. Yəni dövriyyə, dövri anın maksimum zirvəsinə daha yaxındır. Faiz baxımından bu, 50 ilə 70% arasındadır.

Bəs müntəzəm olaraq çox aşağı və ya az dövriyyə ilə sürsəniz nə baş verər?

Qeyd edim ki, avtomobilin aşağı dövriyyədə, "boş" vəziyyətdə uzun və müntəzəm istismarı,  elektron idarəetmə bölməsinin qarışıq əmələ gəlməsinin tez – tez tənzimləməsinə gətirib çıxarır ki, bu da işlənmiş qazın neytrallaşdırılması qovşağında (katalizator və ya hissəcik süzgəcində) artan yükə səbəb olur.

Öz növbəsində, uzun müddət (yarım saatdan çox) yüksək dövriyyəni saxlamaq yanacaq sistemi və güc qurğusunun elementlərində və xüsusən də yayda artan istilik yükü ilə doludur. Əlavə olaraq, maksimum sürətdə yanacaq istehlakı da artır və mühərrik işlənməsindən və tullantılardan ətraf mühitin çirklənməsi səviyyəsi artır. Və bu, "səhv" dövriyyələrin mümkün xoşagəlməz nəticələrinin yalnız kiçik bir hissəsidir.

Bəs qışda?

Müasir avtomobillərin mühərrikləri, hətta aşağı temperatur da olsa, iş prosesinə tez daxil olur, çünki elektron idarəetmə bloku bayırdakı hava şəraitini nəzərə almaqla avtomatlaşdırılmış qoşulmaların və mühərrik işləmə sürətinin optimal proseslərini seçə bilir. Yeganə şey budur ki, qışda mexaniki avtomobil sahiblərinə mühərriki işə saldıqdan sonra ilk 2-3 dəqiqədə maksimum sürətlə sürmələri tövsiyə edilmir. Yerdə qalan məsləhətlər yaydakı ilə eynidır.

Dizel yanacaqlı avtomobillərə gəldikdə, onların optimal dövrləri oxşardır. Düzdür, "ağır" yanacaq mühərriklərinin işlənmiş qazları zərərsizləşdirmək üçün çətin sistemlərlə təchiz olunduğunu unutmamalı və buna görə boş(xolostoy) vəziyyətdə uzun (yarım saatdan çox) vaxta yol verməməlidir. Bu hissəcik süzgəcinin həddindən artıq yüklənməsinə səbəb ola bilər. Yeri gəlmişkən, eyni şey sərinləşdiricinin aktiv istifadə olunduğu yayda "dizel" üçün də keçərlidir.

Sadəcə olaraq, həm qışda, həm də yayda avtomobilin mümkün qədər uzun müddət xidmət edə bilməsi üçün dövriyyəni mümkün olan maksimumun 50 – 70%-i səviyyəsində saxlamaq lazımdır. Həm də soyuq havalarda mühərriki işə saldıqdan sonra ilk dəqiqələrdə pedallara diqqətli olmalısınız.

Və bir də, uzun müddətli qızmadan imtina etmək daha yaxşıdır - mühərrik hərəkətdə olan zaman daha tez "oyanır". Boş vəziyyətdə durmaq nəinki faydasız, hətta zərərlidir – nəinki dizel, həm də benzin avtomobilləri üçün.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR