Slimfit
  1. HƏRB

“Qisas” əməliyyatında öldürülən iki erməni hərbçinin meyiti Ermənistana aparılıb

“Qisas” əməliyyatında öldürülən iki erməni hərbçinin meyiti Ermənistana aparılıb
Sakura

“Qisas” əməliyyatında öldürülən iki erməni hərbçinin meyiti Ermənistana aparılıb

Azərbaycan Ordusunun iyunun 28-də keçirdiyi “Qisas” əməliyyatı zamanı öldürülən erməni hərbçilərdən ikisinin meyitinin Ermənistana aparılmasına şərait yaradılıb.

Ens.az Apa.az-a istinadən xəbər verir ki,  Qarabağda qeyri-qanuni silahlı dəstələrinin məhv edilmiş iki hərbçisinin meyitini onların yaxınları müşayiət ediblər. Meyitlər “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçirilməklə Ermənistana aparılıb.

Proses iyulun 1-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

Videodan da göründüyü kimi, qeyri-qanuni erməni silahlı dəstələrinin öldürülmüş üzvlərinin yaxınları və meyitlər Laçın sərhəd-buraxılış məntəqəsində müvafiq yoxlamadan sonra Ermənistana keçid edib. Azərbaycan bununla humanizm prinsiplərinə sadiq qaldığını növbəti dəfə bütün dünyaya nümayiş etdirib.

Qeyd edək ki, “Qisas” əməliyyatı zamanı qeyri-qanuni erməni silahlı dəstələrinin 5 üzvü məhv edilib. Onlardan ikisi Ermənistan silahlı qüvvələrinin hərbçisi olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR