Slimfit
  1. MARAQLI

Qış mövsümündə otaq bitkilərinə qulluq necə olmalıdır?

Qış mövsümündə otaq bitkilərinə qulluq necə olmalıdır?
Sakura

Qış mövsümündə otaq bitkilərinə qulluq necə olmalıdır?

Hava dəyişikliyi bitkilərə mənfi təsir etdiyinə görə, onların qış aylarında da sağlam olması üçün xüsusi qulluq lazımdır. Belə ki, temperatur dəyişikliyi ilə bərabər, eyni zamanda suvarılma, qidalandırma, işıq və rütubətlilik kimi digər amillərin də qış aylarında fərqlənməsi bitkiləri çaşdırır.

Güllər havaların soyuması ilə daha yavaş böyüməyə başlayır, payız-qış aylarında əksər bitkilərin yuxu dövrü başlayır, bəzi bitkilər üçün isə əksinə, aktiv dövr başlayır.

Dibçək güllərinin yerləşdiyi yerdə temperaturun sabit olması daha məqsədəuyğundur. Bu yerin həddən artıq soyuması və ya isinməsinin qarşısı alınmalıdır. İsitmə sistemləri olan evlərdə temperatur dəyişikliyi daha az olduğu üçün belə şəraitdə onlar soyuq havadan daha az təsirlənirlər. Bitkilərə qış aylarında yer seçərkən diqqətli olmaq lazımdır. Belə ki, onları pəncərə önündə xüsusi müstəvidə yerləşdirməklə lazımi günəş işığı almalarını təmin etmək işıq sevən bitkilərə müsbət təsir edəcəkdir. Bu zaman həmin müstəvinin istilik sistemindən və pəncərədən bir az aralı olmasına diqqət etmək lazımdır ki, qızdırıcının isti hava axını və soyuq pəncərə ilə birbaşa təmas olmasın. Bitkilər olan məkanın havasını dəyişmək lazım gəldikdə üzərini örtməklə onları qoruyar və məkanın havasını yeniləmiş olarsınız.

Qeyd etdiyimiz kimi, soyuq aylarda bitkilərdə yalnız temperatur sabitliyinə deyil, eyni zamanda sulanma rejimlərinə də xüsusi diqqət yetirmək lazımdır. Güllər qış mövsümündə mümkün olduğu qədər az sulanmalıdır, əgər çox su sevən gülünüz varsa, onun da sulanma aralığı dəyişdirilməlidir. Soyuq aylarda bitkiləri sulayarkən su temperaturunun bitkilərin saxlandığı məkanın temperaturunda (otaq temperaturu) olması vacibdir, çünki soyuq su bitki köklərini çürüdə bilər.

Qış mövsümündə bitkilərin olduğu yerin az nəmli olmasına diqqət yetirilməlidir. Əlbəttə rütubətli tropik qurşağa aid olan bitkilər istisnadırlar. Belə ki, rütubəti sevən bitkilərə hər gün su püskürtmək onların rütubətlilik ehtiyaclarını qarşılamaq üçün vacib amillərdən biridir.

Qeyd: Yazılanlar ümumi olaraq əksər bitkilərin xarakteristikasına uyğunlaşdırılmışdır, lakin istisnalara etinasız yanaşılmamalıdır. Hər bir bitkinin özünəməxsus xüsusiyyət və qulluq qaydaları olduğu mütləq nəzərə alınmalıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR