Slimfit
  1. AVTO VƏ MOTO

Qış aylarında maşınınızı çürümədən necə qorumaq lazımdır?

Qış aylarında maşınınızı çürümədən necə qorumaq lazımdır?
Sakura

Qış aylarında maşınınızı çürümədən necə qorumalı ?

Ens.az xəbər verir ki, mütəxəssislər sürücülərə avtomobilləri qışda reagentlərdən qorumaq barədə tövsiyələrini səsləndiriblər.

Qış mövsümündə bir sıra ərazilərdə buzlanma əleyhinə materiallardan istifadə etməmək mümkün deyil, ancaq bu zaman kimyəvi maddələrdə gedən reaksiyalar metalı ciddi təhdid edir.

Buzlanma əleyhinə vasitələrin tərkibində olan duz da avtomobilin metalına mənfi təsir göstərə bilir. Bundan əlavə, bu komponent rezinləri korlamağa və plastik faraların bulanmasına səbəb olur. Maşını qorumaq üçün ən yaxşı seçim anti-korroziya tədbirləridir. Anti-korroziya prosedurlarını isə isti və quru dövrdə yerinə yetirmək vacibdir, çünki avtomobil az sonra çirkliənəcəksə, bunun mənası olmayacaq.

Qış başlamazdan əvvəl, reaktivlərin maşının boyalı hissələrinin aralıq yerlərinə girməməsi üçün qoruyucu cilalarla mühafizə edilə bilər. Soyuq havalarda bir sıra avtomobil sahibləri maşınlarını yumaqdan imtina edirlər, ,ancaq bu, mövsüm boyu ayda ən azı iki dəfə edilməlidir, üstəlik, kontaktsız aparatlarla - avtoyuma yerlərində icra olunsa daha yaxşı olar.

Mütəxəssislər heç bir kir qalmamasını təmin etməyə çağırırlar. Onları və reagentləri mütəmadi olaraq şinlərdən və faralardan da təmizləməlisiniz. Qarajdakı temperaturun küçədəki səviyyədən çox olmaması məsləhətdir, çünki o zaman reaktivlər daha sürətli reaksiyaya daxil ola bilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR