Slimfit
  1. MARAQLI

“Qırmızı Kitab”da nələri bilmək vacibdir?

“Qırmızı Kitab”da nələri bilmək vacibdir?
Sakura

“Qırmızı Kitab”da nələri bilmək vacibdir?

Nadir heyvan və bitki növlərinin cəmləşdiyi “Qırmızı kitab”lar həmişə maraq doğurub. Bu kitabdan istifadə zamanı bəzi mühüm qaydaları bilmək vacibdir.

Kult.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Qırmızı Kitab”la bağlı bəzi maraqlı məqamları açıqlayıb.

Qırmızı kitab — məhvolma təhlükəsi altında olan heyvan, bitki və göbələk növləri haqqında məlumat toplanan rəsmi dövlət kitabıdır. "Qırmızı kitab"lar beynəlxalq, milli və regional səviyyədə ola bilər.

“Qırmızı Kitab”a düşmüş canlılar aid olduqları kateqoriyalar üzrə təsnifləşdirilir və bu kateqoriyalar xüsusi şərti işarələrlə göstərilir.

Belə ki, Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyi (IUCN) aşağıdakı kateqoriyalar əsasında təsnifat təqdim edib:

• EX – Extinct (Nəsli kəsilmiş)

• EW – Extinct in the Wild (Vəhşi təbiətdə mövcud olmayan)

• CR – Critically Endangered (Son həddə çatmışlar)

• EN – Endangered (Nəsli kəsilmə təhlükəsi olanlar)

• VU – Vulnerable (Həssas növlər)

• NT – Near Threatened (Nəsli kəsilmə təhlükəsinə yaxın olanlar)

• LC – Least Concern (Az qayğı tələb edənlər)

• DD – Data Deficient (Haqqında məlumat olmayanlar)

• NE – Not Evaluated (Qiymətləndirilməmişlər)

Bu qaydaları bilmək “Qızrmızı Kitab”dan istifadəni daha da asanlaşdırır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR