Qırmızı diplomlulara güzəştlərlə bağlı nazirdən AÇIQLAMA
"Qırmızı diplomu olan şəxslərə müəyyən güzəştlərin olması təklifi haqlıdır".
Redaktor.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə danışıb.
Onun sözlərinə görə, bununla yanaşı güzəştlərin nədən ibarət olması vacibdir.
Nazir əlavə edib ki, bu məsələdə nazirlik güzəşt edən yox, sənəd verən tərəfdir:
"Biz güzəşti etmirik, onu işə götürən, bazar müəyyən edir. Lakin dünyada artıq diplomlardan, kağızlardan çox bilik rol oynayır. Güzəşt doğru və dürüst olmalıdır. Misal olaraq, 10 il əvvəl qırmızı diplom almışam və bu gün müsabiqədə iştirak etməməyim düzgün deyil, çünki bilik fərqlidir. Qırmızı diplom bilik və bacarığın əksidirsə, haqlıdır. Yox, sadəcə rəngdirsə, o zaman güzəşt edilməsi düzgün deyil".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət