Slimfit
  1. MARAQLI

Qırışlarınıza baxıb sağlamlığınızı qiymətləndirin

Qırışlarınıza baxıb sağlamlığınızı qiymətləndirin
Sakura

Qırışlar tək kosmetik problem deyil, qırışların yerləşməsi bəzi xəstəliklərə işarə edə bilər. Xüsusilə…

Qırışlar tək kosmetik problem deyil, qırışların yerləşməsi bəzi xəstəliklərə işarə edə bilər. Xüsusilə bu erkən yaşlarda əmələ gələn qırışlara aiddir.

Alında qırışlar

Saglamolun.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, dərin və erkən əmələ gəlmiş qırışlar insanın cinsindən asılı olmayaraq ürək xəstəliklərinə və ya bu xəstəliklərinin riskinin yüksək olmasına işarə edir.

Belə hesab olunur ki, alın nahiyəsində dərin qırışlar olan insanlarda hipertoniya, infarkt və insulta meyllik daha çoxdur.

Bu insanlar müntəzəm olaraq şəkər və xolesterinin səviyyəsini, arterial təzyiqini yoxlamalıdır.

Yuxarı göz qapaqlarında qırışlar

Bu sinir sisteminin degenerativ xəstəliklərinə və insulta olan meyliliyə işarə edir.

Sizdə belə qırışlar varsa, nevroloqun müayinəsindən keçin.

Qulaq məməciyində qırışlar

Bu aterosklerozun inkişafına işarə edə bilər. Ateroskleroz zamanı damarlarda xolesterin yığılır ki, bu da infarkt və insultun riskini artırır.  

Belə qırışlarınız varsa mütləq kardioloqa müraciət edin, qanda xolesterinin səviyyəsini yoxlayın.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR