Slimfit
  1. DÜNYA

Qırğızıstanda hüquq müdafiəçisi həbsxanada ölüb

Qırğızıstanda hüquq müdafiəçisi həbsxanada ölüb
Sakura

Qırğızıstanda hüquq müdafiəçisi həbsxanada ölüb

Qırğız Respublikasında hüquq müdafiəçisi, ömürlük həbsə məhkum olunmuş vəkil Azimjan Askarov həbsxanada ölüb.
 
Ens.az “Report”-a istinadən xəbər verir ki, bu barədə iyulun 25-də Azimjanın vəkili Valeryan Vaxitov bildirib.
 
Məlumata görə, məhkum vəkil Bişkekdəki islah müəssisəsinin xəstəxanasında ölüb.
 
“O çoxdan ağır xəstə idi. Onda pnevmoniyanın əlamətləri var idi. Axırınıcı dəfə onunla görüşəndə öskürürdü. Ağır nəfəs alırdı”, - V.Vaxitov vurğulayıb.
 
A.Askarov 2010-cu ilin iyununda Qırğız Respublikasının Oş şəhərində baş verən hadisələrin təşkilində təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilmişdi.
 
O, 2015-ci ildə ABŞ Dövlət Departamentinin “İnsan haqları müdafiəçisi” mükafatına layiq görülmüşdü. Rəsmi Bişkek departamentin bu hərəkətini tənqid etmişdi. 2016-cı ilin yazında isə BMT-nin İnsan Hüquqları üzrə Komitəsi rəsmi Bişkekə məhbus vəkilin azadlığa buraxılmasını tövsiyə etmişdi.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR