Dərc edildi: Baxış sayı: 776
Qırğız Respublikası Azərbaycan vətəndaşları üçün sərhədləri açıb
Bu gündən etibarən Azərbaycan vətəndaşlarının Qırğız Respubllikası ərazisinə girişinə icazə verilir.
Ens.az “Report”-a istinadən xəbər verir ki, bu barədə qərar bu il avqustun 21-də respublikanın Xarici İşlər Nazirliyi tərəfindən verilib.
Belə ki, ölkə XİN-i epidemioloji vəziyyətin sabitləşdiyi 32 ölkə üçün “qapıları” açmaq qərarına gəlib. Buraya Rusiya, Gürcüstan, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Türkmənistan, Belçika, Avstriya, Böyük Britaniya, Almaniya, İrlandiya, İslandiya, İtaliya, Latviya, Litva, Lixtenşteyn, Lüksemburq, Portuqaliya, Türkiyə, İsveçrə, İsveç, Qətər, BƏƏ, Çin, Malayziya, Cənubi Koreya, Pakistan, Sloveniya, Küveyt, Özbəkistan və Yaponiya daxildir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət