Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Qıdıqlanmaq insanı öldürə bilərmi? - Nevropatoloq

Qıdıqlanmaq insanı öldürə bilərmi? - Nevropatoloq
Sakura

Qıdıqlanmaq insanı öldürə bilərmi? - Nevropatoloq

İnsan üçün ən xoş və əhval yüksəldən səs gülüş səsidir. Təbii, gülüşdən əlavə insanlar bəzən qarşısındakını qıdıq vasitəsilə güldürməyə çalışırlar. Xüsusilə valideynlər uşaqlarını güldürmək üçün qıdıqlayırlar.

Bəs qıdığa nə səbəb olur? Qıdıq təkcə gülüş üçündürmü? Qıdıqdan ölmək mümkündürmü?

Axar.az nevropatoloq Qabil Əsədovun qıdıqla bağlı maraqlı fikirlərini təqdim edir:

Qıdıq yalnız gülüş doğurur?

Qıdıq həm də bizə münasibətlər qurmağa yardım edir. Hələ Çarlz Darvin qeyd edirdi ki, qıdıq sosial yaxınlaşma mexanizmidir. O, ana və uşaq arasında ünsiyyətin ilk formalarından biridir.

Niyə özümüzü qıdıqlaya bilmirik?

Əgər başqa insanın bizə toxunması qıdığa gətirib çıxara bilərsə, niyə biz özümüzü qıdıqlaya bilmirik? Beynimiz gözlənilən toxunma ilə gözlənilməz toxunmanı ayıra bilir və bu qıdıqda reaksiyasını boğur. Nə vaxt ki, biz özümüzü qıdıqlamağa çalışırıq, beyin bunu qabaqcadan düşünür və qıdığa hazır olur.

Ən həssas yerlər

Ayaq altı və qoltuq altı bizim bədənimizdə iki ən həssas yer hesab edilir. Bundan başqa, qıdığa həssas yerlərdən biri də boyundur.

 

Qoltuq altı nahiyədən vena və arteriya keçir və o, ürəyə maneəsiz daxil olur. Boyun da həmçinin insan bədənində iki əhəmiyyətli arteriyanı özündə saxlayır ki, bunlar da beyini qanla təchiz edirlər. Ağciyərlərə havanı daşıyan orqan olan traxeya da boyun nahiyəsində yerləşir. Bizi qıdıqlayan zaman yaranan qıdıqlanma hissi qoruyucu mexanizmdir ki, bizi təlaşa düşməyə məcbur edir, bu da həşərat, böcək və sürünənkimilərin bizə toxunması vaxtı qoruyucu hisslərin artmasına kömək olur.

Qıdıq işgəncəyə çevrilə bilər?

Tarixdə qıdığın bədən cəzası kimi tətbiq edilən vaxtları da olub. Onun şahidləri deyirlər ki, nasistlər işgəncə kimi qıdıqdan istifadə edirdilər. Həmçinin qədim romalılar da bunu işgəncənin xüsusi növü kimi tətbiq edirdilər. Onlar qanun pozanları bağlayırdılar, onların pəncələrini duzlu suya salırdılar və keçiləri onu yalamağa məcbur edirdilər. Zamanla qıdıq çox ağrılı olurdu.

Qıdıqdan insanın ölməsi haqqında deyilənləri isə şahidlər təsdiq edir.

Yaş artdıqca qıdığa daha az həssas oluruq

40 yaşdan aşağı insanlar, həmin yaşdan yuxarı olan insanlara nisbətən 10 dəfə daha çox həssas olurlar. Bu ona görə deyil ki, böyük insanların qıdıq xoşuna gəlmir, sadəcə yaşla əlaqədar olaraq, toxunulmaqla duyulan həssaslığın tədricən azalması müşahidə olunur.

Qıdığı dayandırmaq olarmı?

Əlinizi sizi qıdıqlayan insanın əlinin üstünə qoyun. Bu hiyləyə həkimlər tez-tez əl atırlar. Belə ki, həkim pasientin qarnına baxmaq istəyərkən, xəstənin əlini onun öz əlinin üstünə qoymağa xahiş edə bilər. Beləliklə, sizdə belə təəssürat yaranır ki, özünüz özünüzü qıdıqlayırsınız.

Qıdıq arıqlamağa kömək edirmi?

Əgər qıdıq sizdə güclü gülüşə səbəb olursa, onda bu kalorilərin sərf edilməsinə gətirir. Alimlər hesab edirlər ki, gündə 10-15 dəqiqə gülüş 10-40 kalori yandırır və bu da 1 il ərzində bir neçə kiloqrama qədər çəkinin itməsinə səbəb ola bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR