Qida və bağlamalardan koronavirusa yoluxmaq olarmı?
Qida və bağlamalardan koronavirusa yoluxma qorxusu əsaslanmayıb.
“RİA Novosti”nin məlumatına görə, bu barədə Çinin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin mütəxəssisi Çjan Lyubo bəyan edib.
Onun sözlərinə görə, virus hava-damcı yolu ilə ötürülür. Ekspertin sözlərinə görə, profilaktika üçün sadəcə gigiyenaya diqqət etmək lazımdır.
Elm adamı həmçinin vurğulayıb ki, çatdırılma yolu ilə virusun yayılması ilə bağlı sübutlar yoxdur, sadəcə məhsul alındıqdan sonra əllər yuyulmalı və qablaşdırma tullanmalıdır.
“Hazır yeməklərin olduğu konteynerləri isə dezinfeksiya etmək və salfetlərlə silmək lazımdır”, - deyə o bildirib.
Qeyd edək ki, fevralın 1-nə olan məlumata görə, koronavirusdan 259 nəfər həyatını itirib. Yoluxanların sayı isə 11,7 mini ötüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət