Slimfit
  1. MARAQLI

Qida vasitəsilə ömrü uzatmağın yeni üsulu açıqlandı

Qida vasitəsilə ömrü uzatmağın yeni üsulu açıqlandı
Sakura

Qida vasitəsilə ömrü uzatmağın yeni üsulu açıqlandı

Kaliforniyanın Solka Universitetinin alimləri müəyyən ediblər ki, bütün yeməklər 10 saat ərzində yeyilsə, metobolik pozuntuları kompensasiya etmək olar. Bununla da, həyat obrazının dəyişdirilməsi yaş xəstəliklərinin qarşısını almağa və ömrü uzatmağa yardımçı ola bilər.

Oxu.Az xəbər verir ki, bununla bağlı “ScienceDaily” nəşri məlumat yayıb. 

Aparılan araşdırmalar zamanı mütəxəssislər sirkadiya ritmlərinə cavabdeh olan genləri siçanların bədənindən ayırıblar. Heyvanlara olduğu kimi, insanlarda da gündüzlər aktiv olan və gecələr sönən qidaya cabahdeh genlər var. 

Alimlər bir qrup siçanı ümumi sutka ərzində, digər qrup siçanı isə 10 saat ərzində yeməyiblər. Birinci qrupdakı heyvanlar piylənmədən və metobolik xəstəliklərdən əziyyət çəkməyə başlayıblar. Digər qrup isə aparılan araşdırmaların nəticəsində sağlam qalıblar və kökəlməyiblər. 

Alimlərin fikrincə, bu prosesdə sirkadiya ritmlərinin rolu qida qəbulunu rahatlaşdırır. İşə, saat qurşağına və genetik defektlərə görə bioritmlərin pozulması xəstəliklərə səbəb olur. 

Yaş keçdikdə bioloji saatların işi zəifləməyə başlayır, bu isə qocalıq xəstəliklərinə səbəb olur. 10 saat çərçivəsində qidanın qəbulu isə orqanizmin sağlam qalmasına gətirib-çıxarır. 

www.oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR