Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Qida mütəxəssisləri “Qarabağ” futbolçularına qidalanma ilə əlaqədar məsləhətlər veriblər

Qida mütəxəssisləri “Qarabağ” futbolçularına qidalanma ilə əlaqədar məsləhətlər veriblər
Sakura

Qida mütəxəssisləri “Qarabağ” futbolçularına qidalanma ilə əlaqədar məsləhətlər veriblər

Qida Təhlükəsizliyi Agentliyi və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri “Qarabağ” futbol klubunun məşqçi heyəti və futbolçuları ilə görüşüb.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı futbolçulara qida təhlükəsizliyi anlayışı və sağlam qidalanma ilə əlaqədar geniş məlumat verilib, həmçinin klub üzvlərinin gündəlik qida rasionunu ilə əlaqədar fikir mübadiləsi aparılıb.

Görüşdə çıxış edən agentliyin nümayəndələri “Qarabağ” adını beynəlxalq miqyaslı turnirlərdə uca tutan klub rəhbərliyi və futbolçulara qələbə sevincləri və uğurlar arzulayıb və onlara düzgün qidalanmanın əhəmiyyətindən danışıblar.

Görüşdən sonra Qida Təhlükəsizliyi Agentliyi və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri klubun qida məhsullarının emalı sahəsinə baxış keçiriblər və peşəkar metodiki tövsiyələr veriblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR