Dərc edildi: Baxış sayı: 264
Qəzzada ölənlərin sayı 26,5 minə yaxınlaşıb
Ötən ilin oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 26 422 nəfərə çatıb.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, daha 65 087 nəfər xəsarət alıb.
Qeyd olunub ki, İordan çayının qərb sahilində ən azı 370 fələstinli həlak olub, 4 250-dən çoxu isə yaralanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət