Qəzzada məktəbə zərbə endirildi - 100 ölü
İsrail ordusu Qəzza zolağında Əl-Tabain məktəbinə zərbələr endirdiyini bildirib.
Ens.az Ölkə.az-a istinadən xəbər verir ki, İsrail ordusunun məlumatına görə, həmin məktbədə HƏMAS komandanlıq mərkəzində İsrail hərbçilərinə və dövlətinə qarşı hücumlar planlaşdırılıb.
“Zərbədən əvvəl mülki şəxslərə zərər vurma riskini azaltmaq üçün çoxlu tədbirlər, o cümlədən dəqiq döyüş sursatı, havadan müşahidə və kəşfiyyat vasitələrinin istifadəsi həyata keçirilib”, - deyə İsrail ordusunun Telegram kanalında bildirilir.
Fələstinin WAFA agentliyi və bir sıra digər KİV-in məlumatına görə, hücum nəticəsində ən azı 100 nəfər həlak olub, onlarla insan yaralanıb.
Qəzza zolağının mülki müdafiə agentliyinin nümayəndəsi Mahmud Basalın verdiyi məlumata görə, xilasedicilər ölənlərin cəsədlərini çıxarmaq və yaralıları xilas etmək üçün yanğına nəzarət etməyə çalışırlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət