Slimfit
  1. İQTİSADİYYAT

Qəzvin-Rəşt-Astara-Astara dəmir yolu xəttinin Qəzvin-Rəşt hissəsi gələn ilin mart ayında istismara veriləcək

Qəzvin-Rəşt-Astara-Astara dəmir yolu xəttinin Qəzvin-Rəşt hissəsi gələn ilin mart ayında istismara veriləcək
Sakura

Qəzvin-Rəşt-Astara-Astara dəmir yolu xəttinin Qəzvin-Rəşt hissəsi gələn ilin mart ayında istismara veriləcək

Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xəttinin Qəzvin-Rəşt hissəsi gələn ilin mart ayında istismara veriləcək.

AZƏRTAC xəbər verir ki, bu açıqlama ilə tikinti işlərini həyata keçirən “Railway Services and Technical Construction Engineering Company” şirkəti çıxış edib. Açıqlamada bildirilib ki, yol boyu bütün tunellər və körpülər tam hazırdır və reyslər bərkidilib.

İran İslam Respublikası Dəmir Yolları İdarəsinin icraçı direktoru Səid Məhəmmədzadə isə şirkətin açıqlamasını təsdiqləyib. Sentyabrın 29-da Azərbaycandan səfərdən qayıdan S.Məhəmmədzadə yerli mətbuata bildirib ki, səfər zamanı Azərbaycan Dövlət Dəmir Yolları QSC-nin rəhbərliyi ilə görüşərək Astara şəhərində dəmir yolu terminalının tikintisini müzakirə edib. Onun sözlərinə görə inşaat işləri sürətlə davam edir. İcraçı direktor terminalın tikintisinin yaxın vaxtlarda baca çatacağını da qeyd edib.

Xatırladaq ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas komponentini təşkil edən Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu Fars körfəzi ilə Avropanı birləşdirəcək. Cənub-Şərqi Asiya ölkələrindən Avropaya ixrac edilən yüklər dəmir yolu vasitəsilə İran və Azərbaycan üzərindən keçməklə Avropaya çatdırılacaq. Yüklərin əks istiqamətdə daşınması da məhz bu yolla həyata keçiriləcək.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR