Slimfit
  1. CƏMİYYƏT

Qəzaya düşən blogerin son durumu açıqlandı

Qəzaya düşən blogerin son durumu açıqlandı
Sakura

Qəzaya düşən blogerin son durumu açıqlandı

Avqustun 15-i qəzaya düşən bloger Nicat Şakirlinin müalicəsi Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində davam edir.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki, N.Şakirlinin vəziyyəti stabil olaraq qalır.

Qeyd olunub ki, hazırda o, həkimlərin nəzarəti altındadır və lazımi müayinələrdən keçirilməsi davam etdirilir.

Xatırladaq ki, hadisə avqustun 15-i gecə saat 01 radələrində paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, bloger Nicat Şakirlinin idarə etdiyi "Porşe" markalı avtomobil hərəkətdə olan zaman Ramiz Aivazovun idarə etdiyi yük maşınına çırpılıb. Nəticədə Nicat Şakirli xəsarət alıb, onun sərnişini, Gəncə şəhər sakini, 1996-cı il təvəllüdlü Ruslan Məmmədov ölüb. Bu zaman ərazidə olan vətəndaş Fəxri Rüstəmov kömək etmək üçün hadisə yerinə yaxınlaşıb. O, sağ əlindən xəsarət alıb. Sürücü Nicat Şakirli sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə və Fəxri Rüstəmov isə sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar.

Dərhal əraziyə Dövlət Yol Polisi (DYP) əməkdaşları cəlb edilərək nəqliyyatın hərəkətini tənzimləməyə başlayıb. Bu zaman yoldan keçən avtomobillərdən biri DYP əməkdaşını vurub. Nəticədə polis əməkdaşı ayağından yüngül xəsarət alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Xatırladaq ki, Nicat Şakirli sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan blogerdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR