Dərc edildi: Baxış sayı: 79
Qəzaya düşən ANAMA əməkdaşı vəfat etdi
Dekabrın 9-da Füzuli rayonunun Arayatlı kəndi ərazisində qəzaya düşən Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1990-ci il təvəllüdlü Mustafa Qasımov vəfat edib.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, M.Qasımov bu gün xəstəxanada dünyasını dəyişib.
Vətən müharibəsi qazisi olan M.Qasımov Füzuli rayonu Qazaxlar kəndində torpağa tapşırılıb.
Qeyd edək ki, hadisə nəticəsində Agentliyin əməkdaşları 1995-ci il təvəllüdlü Salman Qəhrəmanov, 2000-ci il təvəllüdlü Ramiz Bəylərzadə müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Mərkəzi Klinikasına yerləşdirilib. R. Bəylərzadənin vəziyyəti ağır qiymətləndirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət