Qeyri-adi görünüşə malik adalar
1.Delfin – Bu ada İndoneziya yaxınlığında yerləşən Flores adasının, şimal sahillərinə yaxın ərazilərdə yerləşən mərcan adasıdır. Səmadan baxanda delfinə bənzəyən ada, sanki onun ətrafında üzən delfinlərdən ilhamlanaraq yaradılıb.
2.Manukan, Mamutik və Suluq adaları – Bu adalar Malayziya yaxınlığında qruplaşaraq insanda pozitiv hisslər doğuran smaylik formasındadırlar.
3. Bumeranq – Cənubi Çin dənizinin mərkəzində yerləşir. Bu ada da mərcan adalarına daxildir.
4. Dəniz atı – Qalapaqos adalarının ən böyüyü olan İsabel adası dəniz atına oxşayır.
5. Göz – İnsan gözünə oxşayan bu adaya Maldivdə rast gəlmək olar. Ada həm də nəhəng meduzanı xatırladır.
6. Skat-Katteqata dənizində yerləşən Danimarkaya məxsus olan Aebelo adası skata bənzəyir.
7. Karnaval maskası -Bu ada Maldiv adalarından biri olan Xuvaxendu adasıdır.Səmadan baxdıqda sanki karnaval maskasını xatırladır
8.Ağac – Bu ada kökləri ilə birlikdə ağaca bənzəyir. Silli adlanan bu ada Kornoulun sahilində yerləşir.
9. Ürək – Ürək formalı Qaleşyak adası. Adriatik dənizində yerləşir.
Mənbə: seanews.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət