Slimfit
  1. MARAQLI

Qeydləri necə aparaq ki, maksimum faydalana bilək?

Qeydləri necə aparaq ki, maksimum faydalana bilək?
Sakura

Qeydləri necə aparaq ki, maksimum faydalana bilək?

1-ci HİSSƏ: KAĞIZ ÜZƏRİNƏ QEYD ALMA

Başarılı insanların çox az qeyd(!) edilən ortaq özəlliklərindən biri də mütəmadi görüb-öyrəndiklərini qeydə almalarıdır. O insanların əlində və ya stolunun üstündə ən azından gündəlik tərzində qeyd dəftəri görərsiniz. Əslində gündəlik də bir növ yaşanılan günün qısa «qeyd» dəftəridir. 
 
Qeydlər hansısa məlumatın «suyunun suyu» olması ilə yanaşı, həm də, bu məlumatın daha tez yada salınması üçün yazılır. Qeydlərdəki məharət heç də hər eşitdiyini, oxuduğunu dəftərə tökməkdə deyil, onun ən dəqiq icmalını öz dilinizlə yazmaqdadır.

Bu məqalədə, qeyd almanı daha da təkmilləşdirmək üçün bəzi metodlar və proqramlar (sistemlər) izah olunacaq.
 
«Outline» metodu 
Burada məlumat başlıqları hierarxiya və işarələr (bullets) ilə qeyd edilir. Ən çox istifadə edilən metoddur, xüsusən də mühazirələr üçün idealdır. 
Üstünlükləri: Az vaxt alır, düzgün struktur ilə daha rahat «həzm» edilir. 
Əksiklikləri: Kimya, riyaziyyat kimi qrafik və formulalarda zəif qalır. Və əgər lektor mövzunu ordan-burdan danışırsa strukturu düzgün qurmaq alınmır.
«Cornell» metodu 
 
Səhifə quruluşuna görə unikal metoddur. Dəftərin səhifəsi burada 4 yerə bölünür: başlıq (üstdə), əsas qeydlər (sağdə səhifənin eninin 70%-ni zəbt edən sütun), ipucu (sol qalan 30%-lik sütun) və yekun (altda). Başlıq yazıldıqdan sonra sağdakı geniş sütunda əsas qeydlər aparılır, ehtiyac olarsa digər səhifələrə keçilir. Qeyd alma prosesi bitdikdən sonra «ipucu» bölməsinə qeydlərin alt başlıqları (bəzən hətta sual şəklində) qeyd edilir. Ən sonda isə bu başlıq altında yazılanlardan alınan yekun nəticə ən altda qeyd edilir. 
Üstünlükləri: Çox sistematik, səliqəli və yaxın müddətdə təkrarlandığı üçün yadda qalandır (əgər bir mövzunu insan yuxuya gedənə qədər ikinci dəfə təkrarlarsa, onda daha yaxşı yadda qalır, nəinki bir neçə gün sonra təkrarlarsa). 
Əksiklikləri: Səhifəni əvvəlcədən «xətt»ləmək lazımdır (satışda bu dizaynda hazır gündəliklər satırlar, çox almışam). Səhifənin çox hissəsi boş qalır. Alt başlıqları düzəltmək zaman alır.
«Mapping» metodu 
 
Mühazirə və ya dərs çox intensiv keçirsə bu metod ən uyğunudur. Başlıqlar yuxarıdan aşağıya doğru şaxələrə ayrılaraq bir-biri ilə olan əlaqəsini göstərən gözəl bir xəritə alınır. 
Üstünlükləri: Vizual yaddaş ön plandadır, sonradan kiçik əlavələr etmək mümkündür. 
Əksiklikləri: Bəzən səhifədən kənarlara çıxmaq ehtiyacı yaranır. 
«Charting» metodu
 
Əgər məlumat çox saylı bənzər faktlar və statistik verilənlərlə doludursa, bu zaman rahat yadda saxlanılması baxımından optimal variant cədvəl halında qeyd etməkdir. 
Üstünlükləri: Təkrarlama və əzbərləmə üçün idealdır, məlumatlar asan müqayisə oluna bilinəndir. 
Əksiklikləri: Hazırlanması diqqət və zaman tələb edir, oxşar cəhətləri olmayan məlumat üçün uyğun deyil. 
«Boxing» metodu 
 
Məlumatlar burada qutu formasında yazılmaqla diqqəti özündə maksimum dərəcədə fokuslamağa yarayır. Rəngli not kağızlarında divara yapışdırmaqla olan variant məşhurdur. 
Üstünlükləri: Diqqəti özündə cəmləməklə əzbərləməni rahatlaşdırır. 
Əksiklikləri: Hazırlanması bir az zaman tələb edir, geniş alt başlıqlar üçün uyğun deyil. 
 
 
2-ci HİSSƏ: RƏQƏMSAL QEYD ALMA
 
Məlumatları rəqəmsal qeyd etməyin ən üstün cəhəti üzərinizdə internetə bağlı telefon olduğu müddətdə əldə edilə bilinən olmasıdır. Bu növ qeyd etmədə yadda saxlamaq yox, istədiyini axtarıb tapmaq ön planda durur. Son 8 ildə müxtəlif qeyd etmə sistemləri ilə xəstəlik hallarını (case), ideyaları, oxuduğum kitabları, saytlardakı məqalələri, alış-veriş siyahısını və s. bu rəqəmsal olaraq qeydiyatını aparıram. Ən praktik olan 3 sistemi (Onenote, Evernote, Keep) təqdim edəcəm. Sadəcə biri ilə bütün işlərinizi görməyə çalışmayın, üstün və əksik tərəflərini nəzərə alaraq məlumatın tipinə görə uyğun olanı istifadə etməyi tövsiyə edirəm. 
 
 
Bu üç sistemin ortaq özəllikləri:
  • Telefon ilə kompuyer arasında canlı sinxronizasiya (birinə yazdıqca digərinin ekranında anında görülməsi). 
  • Qeydlərə səs və foto əlavə edilə bilinməsi. 
  • Başqaları ilə paylaşılaraq ortaq qeydlərin alına bilinməsi. 
 
Əsas ortaq fərqləri: 

Onenote (Microsoft) 
 
 

2012-ci ildən fəaliyyət göstərir. Bu proqram funksionallığına görə sanki Ms Word proqramının bir alt variantıdır. İnterfeys yuxarıda qeyd edilən «Outline» metoduna bənzəyir. 
 
Üstün özəllikləri: Çeşidli fontlar və stillərin olması; cədvəl əlavə edilmə qabiliyyəti; çizim əlavə edərkən «stylus» qələminin ucunun basılma təzyiqinə görə xəttin fərqli qalınlıqda alınması; bir neçə dəfə yazını geriyə alınma və bərpa edilə bilinməsi; üç pilləli (notebook, bölmə, səhifələr/notlar) strukturizasiya; WebClip əlavəsinin olması (Chrome ilə saytlarda gəzərkən xoşladığınız məqaləni bir düymə ilə bütövlükdə və ya qismən qeydlərə əlavə edilə bilinməsi) 
 
Əksiklikləri: Müəyyən edilmiş 28 növ etiket var (ideya, telefon nömrəsi, görüləcək iş və s.). Qeydlərə xatırlatma əlavə etmək mümkün deyil. Alış-veriş üçün siyahı düzəltmək məsləhət deyil. Telefonda proqrama şifrə qoymaq olmur. 
 
 
Evernote 
 

 
2000-ci ildən fəaliyyət göstərən ən məşhur qeyd alma sistemidir. İnterfeys burada da «Outline» metoduna bənzəyir. 
 
Üstün özəllikləri: çox olmasa da fontlar və stillər burada da var. Cədvəl əlavə etmək olur, amma istifadəsi rahat deyil. WebClip əlavəsi var (Onenote-da olduğu kimi), istənilən sayda və arzuolunan adda etiketləmək (tag) mümkündür, bu da sizə ikinci boyut kateqorizasiya etmə imkanı verir (deyək ki, xəstələri xəstəliklərinə görə neyro, kardiak, renal kitablıqlara/notebooklara ayırmısınız, hər bir xəstəni isə əlavə olaraq #uşaq #qadın #maraqlı #qohum və s. sözləri etiketləyirsiniz. Bu etiketləri sonradan bir qrup halında bir araya gətirmək olur), qeydlərə xatırlatma əlavə etmək olur (deyək ki, xəstə 3 ay sonra kontrola gəlməlidir, xatırlatsın), alış-veriş üçün siyahı düzəltmək mümkündür, telefonda proqrama şifrə (hətta «iris/fingerprint/face scan») qoymaq mümkündür. 
Əksiklikləri: Çizim əlavə etmək olmur. 

Keep (Google) 
 



2013-cü ildən fəaliyyət göstərən ən rahat və sürətli qeyd alma sistemidir. İnterfeys «Boxing» metoduna bənzəyir. 
 
Üstün özəllikləri: Alış-veriş siyahısı üçün (checkboxes) idealdır, xatırlatma nəinki zamana görə hətta məkana görə mümkündür (misal üçün, evə/işə çatanda və ya yolunuz Sədərək t/m-nə düşəndə yada salsın),  istənilən sayda və arzuolunan adda etiketləmək (label) mümkündür (Evernote-da olduğu kimi), çizim əlavə etmək olur. 
 
Əksiklikləri: Minimalistik dizaynın nəticəsi olaraq mətndə hətta qalın hərflərlə belə yazmaq olmur. Webclip yoxdur. Telefonda proqrama şifrə qoymaq olmur. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR